Xan qəbiristanlığı

Xan qəbiristanlığıŞəkidə yerləşən və xanları ilə onların nəslindən olan şəxslərin dəfn edildiyi qəbiristanlıq.

Qəbiristanlıq
Xan qəbiristanlığı
Şəki şəhərindəki Xan məscidi və Xan qəbiristanlığı
Şəki şəhərindəki Xan məscidi və Xan qəbiristanlığı
Xəritə
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Şəki Şəki
İlk məlumat 1815
Dini tərkib İslam (sünni)
41°12′09″ şm. e. 47°11′30″ ş. u.HGYO
Xan qəbiristanlığı xəritədə
Xan qəbiristanlığı
Xan qəbiristanlığı
Xan qəbiristanlığı xəritədə
Xan qəbiristanlığı
Xan qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Şəki Xan məscidinin şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtı ilə 15-20-ə qədər yazılı başdaşı olmuşdur.[1] Hal-hazırda cəmi 10 yazılı başdaşı və bir digər təyinatlı epiqrafik abidə var.

Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində məlumat vermişdir.[1] Bir başdaşı hissəsi üzərindəki kitabəni isə 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir.[2] Qəbiristanlıqdakı bir başdaşı kitabəsinin oxunub-oxunmaması isə hələlik mübahisəlidir.

Şəki Xan qəbiristanlığı, ümumi mənzərə, 2017-ci il
  1. 1 2 Nemətova M.S., 1961. səh. 18-37
  2. Məmmədov A.S., 2009. səh. 4

İstifadə edilmiş mənbələr

[redaktə | mənbəni redaktə et]
  • Nemətova M.S. Xan qəbiristanlığı"ndakı başdaşıların kitabələri haqqında // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (İctimai elmlər seriyası). № 6. Bakı. 1961.
  • Məmmədov A.S. Şəki Xan qəbiristanlığı. ("Şəkinin səsi" qəzeti). № 3 (436). 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]