Xandrin villası

Xandrin villası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Krasnuşkinin binası Taqanroq şəhəri Aleksabdrovskaya küçəsi, ev 56 ünvanında yerləşir. Bina 1870-ci ildə inşa edilmişdir. Xandrin villasının layihəsi Tenişevə məxsusdur.

Xandrin villası
rus. Особняк Хандрина
Xəritə
47°12′36″ şm. e. 38°55′50″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1870
Memarlıq quruluşu Eklektika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xandrin villası Taqanroq şəhərinin fəxri sakini, sahibkar E. A. Xandrinin sifarişi ilə 1870-ci ildə arxitektor Tenişevin layihəsi əsasında inşa edilmişdir[1]. «Daşınmaz əklakların siyahısına» görə bina 1873 - 1916-cı illər ərzində ancaq Xandrinlər ailəsinə məxsus olmuşdur (1898-ci ildən titullu məsləhətçi Anton Zaxaroviç Xardin[2]). Oktyabr inqilabından sonra Xrdinlər ailəsi Xarkova köçmüşdür.

İnqilabdan sonra burada şəhər hərbi komendaturası yerləşirdi. 1920-ci ildə bina şəhər təsərrüfatının balansına verilmişdir. Fasaddan ağacdan olan gerb və abidə çıxarılmışdır. Burada musiqi məktəbi olmuşdur. 1976-ci ildə aparılan bərpa işlərindən sonra burada[3] Taqanroq şəkil qalereyası açılmışdır.

Arxitektur xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bina bir mərtəbəli olub zirzəmiyə sahibdir. Fasadı dekorlarla işlənmişdir. Binada borokko və klassizm elementləri müşahidə edilir. Əsas girişdə Xardrinlərin ailəvi gerbini müşahidə etmək mümkündür. Lepka elmentləri ilə zəngindir. Binanın həyətinə taxta veranda mövcud idi. Ərazisində meyvə bağı vardı.

  1. Кукушин В.С. История архитектуры Нижнего Дона и Приазовья Arxivləşdirilib 2014-03-08 at the Wayback Machine. — Ростов-на-Дону: ГинГо, 1996. — С. 85. — ISBN 5-88616-027-2.
  2. Маргарита Сергеевна Киричек Хандрина дом // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 764. — ISBN 978-5-88040-064-5.
  3. Таганрогская картинная галерея: Альбом / Л. В. Зуева. — М.: Изобраз. искусство, 1988. — С. 8. — ISBN 5-85200-011-6.