Xankəndi Pedaqoji İnstitutu

Xankəndi Pedaqoji İnstitutu — 1969-cu ildən Azərbaycan SSR-nin Xankəndi şəhərində fəaliyyət göstərmiş ali məktəb.

Xankəndi Pedaqoji İnstitutu
СО КГПИ, СГПИ, СФ АГПИ
Əsası qoyulub 1969[1]
Ölkə

Azərbaycan SSR-nin Xankəndi şəhərində 1969-cu ildə yaradılmışdır. Əvvəlcə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərmiş,[2] 1973-cü ildə müstəqil ali məktəbə çevrilmişdir. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayonu işğalından sonra ali təhsil müəssisəsi fəaliyyətini faktiki olaraq dayandırmışdır. İşğalı dövründə Qondarma Dağlıq Qarabağ Respublikasında fəaliyyət göstərmişdir.

Əvvəlki adları

[redaktə | mənbəni redaktə et]
  • 1969 — V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Stepanakert filialı
  • 1973 — Stepanakert Dövlət Pedaqoji İnstitutu
  • 1988 — Kirovakan Dövlət Pedaqoji İnstitutunun Stepanakert şöbəsi

İşğala qədərki dövrdə institutda Azərbaycan və Erməni sektoru var idi.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • İlham Cəmiloğlu. ""İşğal olunmuş auditoriya" - Xankəndi Pedaqoji İnstitutu da erməni millətçiliyinin qurbanı olub - FOTOLAR". Musavat.com (az.). İstifadə tarixi: 2023-04-06.
  • Tural Gəncəliyev: "Xankəndi Pedaqoji İnstitutunun bərpası xüsusi əhəmiyyət kəsb edir"