Xankəndi kurqanları

Xankəndi kurqanlarıXankəndi şəhərinin şimalında, Xocalı ilə həmsərhəd ərazidə yerləşən kurqanlar.

Burada 12 kurqan var idi. Kurqanların tarixi eradan əvvələ gedib çıxırdı. Bu da burada qədim yaşayış yeri olmasının əsas sübutu idi. Kurqan anlayışı ilk dəfə türk xalqları tərəfindən başa düşülüb. Kurqanlar 1970-ci ildə üzə çıxarılıb.Əkin əkmək məqsədi ilə bura gələn bir neçə insan tərəfindən kurqanlar tapılmışdır. Bu xəbəri eşidən Xankəndi Tarix-Memorial İnistutunun dosientləri, müəllimləri buraya gəlmiş və həqiqətən də bu kurqanların çox qədim olduğunu sübut etmişlər. Hazırda 7 kurqanın vəziyyəti stabildir.

Hündürlüyü 1,5 m, diametri 24 m olan 119№-li kurqanın təpəsi bir qədər dağılmışdır. Kurqanın altındakı ən qədim torpaq qəbir olduqca pis qalmışdı. Üstündə düzəldilmiş dairəvi planlı meydança novşəkilli oyuqla əhatələnmişdir. Onun şimal-şərq tərəfdəki girişi böyük daş plitə ilə örtülmüşdür. Girişin sağ tərəfində insan skeletinə rast gəlinmişdir. Diametri 4,5 m olan dairəvi meydançada 36 böyük və kiçik yaşlı insan skeleti qeydə alınmışdır. Skeletlər bükülü, oturaq, uzadılmış, vəziyyətdə müxtəlif istiqamətlərə yönəldilmişdir. Мərkəzi hissədə arxası üstə uzadılmış böyük insan skeleti aşkar edilmişdir. Onun ətrafında daş toppuz, tunc nizə ucluğu, iki daş həvəng tapılmışdır. Qəbirin cənub-şərq hissəsində altı daş ox ucluğuna, 5 sümük iy başlığına, şimalında isə pasta muncuqların qızıl piləklərinə və altı daş asmaya rastlanmışdır. Bundan başqa qəbirdən 22 ədəd əzilmiş gil qab tapılmışdır. Onlar toxuma karkas üzərində hazırlanmışdır. Kollektiv dəfnlə seçilən bu qəbir gil məhlulla bərkidilmiş çay daşları ilə qapadılmışdır. Bu təbəqədən üstdə Son tunc dövrünə aid kollektiv dəfn qeydə alınmışdır. Burada aşkar olunan 125 №-li kurqan həcmcə kiçikdir. O da birinci kurqan kimi üç təbəqəlidir. İlk Tunc dövrünə aid kollektiv dəfndən yalnız bükülü vəziyyətdə, sol yanı üstə olan bir skelet qalmışdır. Onun baş və ayaq tərəfində keçi skeletinə rast gəlinmişdir. Yaxınlıqda daş toppuz, tunc nizə ucu, çaxmaqdaşından 5 ox ucluğu, qızıl təbəqədən asma, daş həvəng, 30 obsidian parçası, 1 nukleus və gil qab parçaları aşkar olunmuşdur.

Hazırda bu kurqanlar ermənilər tərəfindən məhv olunmaqdadır. Kurqanların bir neçəsi sökülüb və üstündə yaxşı tanıdığımız "Xankəndi aeraportu"nun yenidən qurulması işləri gedib.

Qasım Qırxqızlı. Əsrin faciəsi. Xocalı. Bakı: 1999.