Xanlar mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (?-1862) — Qacar şahzadəsi, vali.
Xanlar mirzə Qovanlı-Qacar | |
---|---|
Xanlar mirzə Abbas mirzə oğlu Qacar Qovanlı | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Qacarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, Qacarlar dövləti |
Vətəndaşlığı | Qacarlar dövləti |
Uşaqları | Cəlal mirzə, Nəsrulla mirzə, Əliməhəmməd mirzə, Qulamhüseyn mirzə, Əkbər mirzə |
Atası | Abbas mirzə Qacar Qovanlı |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Abbas mirzənin on yeddinci oğlu Xanlar mirzə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Heşmətüddövlə ləqəbini daşıyırdı.
Xanlar mirzə Heşmətüddövlə 1835-ci ildən 1837-ci ilədək Yəzd əyalətini idarə etmişdi. 1837-ci ildən 1841-ci ilədək Kirman və Sistan əyalətlərinə başçılıq etmişdi. 1841-ci ildən 1848-ci ilədək Həmədan əyalətinin valisi olmuşdu. 1848-ci ildən 1851-ci ilədək Mazandaran əyalətini idarə etmişdi. 1851-ci ildən 1860-cı ilədək Lurestan əyalətinə başçılıq etmişdi.
1852-ci ildə İldırım mirzə ilə qardaşı Xanlar mirzə arasında münaqişə yarandı. Xanlar mirzə şaha şikayət etdi. Şah ona İldırım mirzəni cəzalandırmaq icazəsi verdi. Xanlar mirzə əmr etdi ki, qardaşı İldırım mirzəni soyundurub, zəncirləsinlər və Ərdəbilə aparıb, zindana salsınlar. İldırım mirzə elə orada zindanda vəfat etdi.
Xanlar mirzə 1862-ci ildə vəfat edib.
Xanlar mirzənin Cəlal mirzə, Nəsrulla mirzə, Əliməhəmməd mirzə, Qulamhüseyn mirzə, Əkbər mirzə adlı oğlanları vardı.