Xarəzm qalaları

Xarəzm qalaları və ya özbək dilində Elliq Qala - Özbəkistanın Xarəzm vilayəti və Qaraqalpaqıstanda 50-dən çox səhra qalası. Onlar Qədim Xarəzmin Səhra Qalaları kimi UNESCO-nun Ümumdünya irsinə aiddir.[1]

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Xarəzm oazisi Mərkəzi Asiyanın qərbindəki Amu Dərya çayının deltasındakı ərazidir.[2] Bura şimaldan Aral gölü, şərqdən Qızılqum səhrası, qərbdən Üstyurd platosu və cənubdan Qaraqum səhrası ilə sərhəddir. Bu gün bu ərazi Özbəkistan (Qaraqalpaqıstan Respublikası) və Türkmənistan arasında bölünür.

Tarixi[redaktə | mənbəni redaktə et]

Xarəzmdə Paleolist dövründən insanlar məskunlaşıb.İlk istehkam ərazilərinin tarixi e.ə 7-ci əsrə gedib çıxır və bu ərazilərin sayı Xarəzmin Əhəmənilər imperiyasının vassal dövləti olduğu vaxtdan sonra, e.ə 6 - 4-cü əsrlərdə daha da artmışdır.[3]

Xarəzm e.ə 4-cü əsr və eramızın 1-ci əsrində müstəqil dövlət olmuşdur. Yunan tarixçi Arriyan qeyd edir ki, Xarəzmin kralı Farasmenes Səmərqənddə Böyük İskəndəri ziyarət etmiş və ona Xarəzmə qonşu olan əraziləri birləşdirmədə öz köməyini təklif etmişdi.[4] İskəndərin ölümündən sonra yaranan boşluq Mərkəzi Asiyanın böyük hisssində stabilliyi pozdu və kuşanlar daxil olmaqla qəbilələr yerlərini dəyişdirdi və qərbə köçdü. Kuşanlar böyük ehtimalla Xarəzmə təsir etmişdi, baxmayaraq ki, Xarəzmin onların imperiyasının bir hissəsi olması qeyri-müəyyən idi.[3]

4-cü əsrdən Xarəzm hun, türk və sonralar ərəblərin hücumlarına məruz qalmağa başladı.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Centre, UNESCO World Heritage. "Desert Castles of Ancient Khorezm". UNESCO World Heritage Centre (ingilis). 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  2. Brite, Elizabeth. "Irrigation in the Khorezm oasis, past and present: a political ecology perspective". Journal of Political Ecology – ResearchGate vasitəsilə.
  3. 1 2 3 "The Golden ring of Khorezm". unesdoc.unesco.org. 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  4. Steele, R. B. "Curtius and Arrian: Part I". The American Journal of Philology. 40 (1). 1919: 37–63. doi:10.2307/289312. JSTOR 289312.