Xarici İşlər Nazirliyi (Syerra-Leone)

Syerra-Leone Xarici İşlər Nazirliyi — Syerra-Leonenin xarici siyasətindən və beynəlxalq əlaqələrindən məsul olan qurum.

Xarici İşlər Nazirliyi
Ümumi məlumatlar
Ölkə Syerra-Leone
Yurisdiksiya Syerra-Leone
Yaradılma tarixi 1960
Baş qərargah

Bu orqan, Syerra-Leonenin ən üst dərəcəli nazirliklərindən biri hesab edilir. Nazirlik ölkənin paytaxtı Fritaun şəhərinin Qloster küçəsində yerləşir.

Syerra-Leone Xarici İşlər Nazirliyi öz vətəndaşlarına pasport, xarici vətəndaşlara isə viza verməkdədir. Xaricdəki bütün Syerra-Leone səfirlikləri Syerra-Leone Xarici İşlər Nazirliyi və Syerra-Leone Beynəlxalq Əlaqələr nəzdində fəaliyyət göstərir.

Xarici İşlər və Beynəlxalq Əlaqələr naziri Syerra-Leone prezidenti tərəfindən təyin edilir və Syerra-Leone parlamenti tərəfindən təsdiqlənir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]