Xavar-e no

Xavar-e no (azərb. Yeni Şərqfars. خاور نو‎) — İran Azərbaycanında fars dilində, 1943-1945-ci illərdə nəşr edilmiş gündəlik qəzet.[1]

Xavar-e no
Khavar-e no qəzetinin 1944-cü il 21 dekabr tarixli buraxılışının üz qabığı
Khavar-e no qəzetinin 1944-cü il 21 dekabr tarixli buraxılışının üz qabığı
Baş redaktor Mahmud Turabi
Yaranma tarixi 1943
Siyasi mənsubiyyət Kommunizm
Dil Farsca
Nəşrini dayandırıb 1945
Baş ofis
Şəhər Təbriz
Ölkə İran
Azərbaycan Milli Höküməti

Xavar-e no 1943-1945-ci illərdə Mahmud Turabinin redaktorluğu ilə Təbriz şəhərində dərc edilmişdir. Xavar-e no qəzeti İran Tudə Partiyasının regional orqanı kimi Əli Şəbistərinin partiyadan qovulmasından sonra yaradılmışdır. Əli Şəbistəri Tudə qəzetinin Cənubi Azərbaycandakı redaktoru olmuş və Azərbaycan millətçiliyini təşviq etdiyinə görə partiyadan qovulmuşdu.[2]

Xavar-e no Sovet İttifaqının dəstəyi ilə dərc edilmişdir və II Dünya müharibəsinin sonunda Sovet İttifaqının İranda geri çəkilməyə məcbur edildikdən sonra bağlanmışdır.[3]