Xibinit — qələvi maqmatik süxur.
Adı Xibin dağ massivinin adından götürülmüşdür.
İridənəli, evdialitli nefelinli siyenitdir. Qələvi çöl şpatı, nefelin, egirin, arfvedsovit və s. minerallardan ibarətdir. Tikinti materialı kimi işlədilir.