Xios qoyunu

Xios qoyunu və ya sadəcə Xios — mənşəyi müəyyən olmayan yerli qoyun cinsidir. Yarı-yağlı quyruqlu bir cins kimi təsnif edilir. Xios cinsli qoyunlar əsasən süd istehsalı üçün yetişdirilir.[1] Bu cinsin Qıvırcıq və Daglıç cinsli qoyunlar ilə əlaqəsi olduğuna dair fərziyyələr olsa da, cinsin Yunan adası Xios adasında meydana gəldiyi qəbul edilir.[2]

Xios qoyunu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Bu cins adətən qulaq, burun, qarın, ayaq nayihəsində və göz ətrafında qara nöqtələrə sahibdir. Bəzən qəhvəyi ləkələr də müşahidə edilir. Yetkin qoyunların çəkisi 105–155 funt (48–70 kq), yetkin qoçların çəkisi isə 145–200 funt (66–91 kq) olur.[1] Hər iki cins buynuzludur; bununla belə, qoyunlar arasında buynuzsuz fərdlərə də rast gəlinir. Qoçların buynuzları böyük spiral şəkillidir. Dişi fərdlərin buynuzları olsa da, olduqca kiçikdir.[2]

Hər il bir fərd başına orta hesabla 1,5-2,3 quzu olmaqla dişi fərd iki bala verə bilər. Doğum zamanı quzuların orta çəkisi təxminən 8.0–8.5 funt (4–4 kq) olur. 45 gündə quzu orta hesabla 32.5–35.5 funt (15–16 kq) çəkiyə çata bilir. Xios cinsli qoyun bir sağımda 265–600 funt (120–272 kq) süd verə bilər.[1] Orta sağım müddəti 210 gündür. Cinsin südü əsasən bir çox növdə pendir istehsalı üçün istifadə olunur.[2] Ən çox qeydə alınan süd istehsalı 220 günlük sağım dövründə 777 litr təşkil etmişdir.[3]

44-56 iplik üçün yunun diametri 27-35 mikrometrdir. Ştapel uzunluğu 8-13 santimetr (3.1-5.1 düym)-dir.[1]

1983-cü ildən 2007-ci ilə qədər Xiosun dünyadakı sayı 16.000-dən 51.860-a qədər artmışdır.[2]

Son bir araşdırmada, Yunanıstanda Xios qoyunlarının intensiv yetişdirilən sürülərindəki təsərrüfat şəraiti və istehsal üsullarının Yunanıstanda hələ də üstünlük təşkil edən daha ənənəvi sistemlərlə müqayisədə əhəmiyyətli dərəcədə inkişaf etmiş olduğu qeyd edildi.[4] Bu araşdırmaya görə, sürülər orta hesapla 314 qoyundan (16 qoç, 210 qoyun və 88 quzu) ibarətdir və hər sağımda orta süd verimi 276,6 ± 55,6 kiloqramdır.

  1. 1 2 3 4 "Chios". Oklahoma State University, Dept. of Animal Science. 2009-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-18.
  2. 1 2 3 4 "Chios/Greece". Domestic Animal Diversity Information Service. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-18.
  3. "Chiosheep". chiosheep.gr. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-17.
  4. Gelasakis A.I. et al. 2010. Farm conditions and production methods in Chios sheep flocks. Journal of the Hellenic Veterinary Medical Society, 61(2):111-119