Xiv (tab. Хив) — Dağıstan Respublikası, Xiv rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xiv rayonunun və Xiv kənd sovetliyinin mərkəzidir. Xiv kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir[3].
Xiv | |
---|---|
41°45′12″ şm. e. 47°55′43″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.500 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87244 |
Poçt indeksi | 368680 |
Xiv kəndi Çıraq -çay və Rapak-çay arasında olan vadidə yerləşir. Mahaçqaladan 207,3 km cənubda, Belici dəmiryolu stansiyasından 58 km qərbdədir.
Xiv kəndi tabasaranlıarın ən qədim kəndlərindən biridir. Onun tarixi hələdə çox az araşdırılmışdır. Onun salınması haqqında məlunmat yoxdur. Əsasən özdənlərdən ibarət kənd idi. Bununla belə burada elədə zəngin insanlar yox idi. İnsanlar əkinçilik, maldarlıq və xalçaçılıqla məşqul olurdular. Otlaqlar ictimai idi, hamının onlardan istifadə etmək hüququ vardı. Ancaq əkin sahələrinin bəzisi (xaryar) özəl də ola bilərdi[4].
3 km uzunluğunda kəndin qəbirstanlığının olması onun xeyli müddətdir mövcud olduğunun göstəricisidir. Bəzi mənbələrə görə kəndin yerində Merdeşan adlı şəhər və ya çoxlu sayda kiçik kəndlər olmuşdur. Xiv kəndi bölgəyə təşkil olunan bütün işğalçı ordularının əsas maşrutu üzərində yerləşir. 1239-cu ildə monqollar Riça kəndinə hüçüm edərkən bu kənddə də olmuş və məscid kənarında olan minarəni dağıdaraq, kəndi viran qoymuşlar. Kənddən Nadir çahın qoşunuda keçmişdir. O, olu üzərində olan bütün kəndləri viran qoymuşdur. Onlar tərəfindən Qamak-nakar, Qasul-qul, Çuru-xyul, Juras, Kkalay-qul və Merdeşan şəhəri dağıdılmışdır. Bundan sonra sivlilərin sağ qalanları kiçik bir kənd qurdular.
Hazırda kən üç məhəlləyə bölünür:
Əvvəllər kəndin yalnız 2 məhəlləsi vardi - yuxarı və aşağı məhəllə. Aralarındakı sərhəd isə xətti minarə idi[4]
Xiv orta ümümtəhsil məktəbi.[5]
Xiv idman məktəbi.[6]
Xiv incəsənət məktəbi[7]
«Romaşka» uşaq baxçası.[8]
«Solnışko» uşaq baxçası.[9]
Xiva Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsi[10]
Aptek.[11]
Cəfərov Abumuslim Pirmagomed oğlu — tabasaran yazıçısı, şair və dramaturq. Tabasaran ədəbiyyatının banisi.
Şamxalov Manaf Şamxal oğlu — sovet, tabasaran şair və yazıçısı.
Rəcəbov Bağır Rəcəb oğlu — tabasaran yazıçısı, şairi, ədliyyə polkovniki, 11 hökumət mükafatına sahibdir. «Dağıstan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq görülmüşdür. Dağıstan Respublikası Ədliyyə Nazirliyinin keçmiş şöbə müdiri olmuşdur[12]
Ramzanov Rizvan - Dağıstan Respublikası əməkdar sürücüsü[13].