Qərbi Almaniya-Avstriya futbol qarşılaşması, 1982 FİFA Dünya kuboku çərçivəsində 25 iyun 1982-ci ildə İspaniyanın Xixon şəhərindəki El Molinon stadionunda oynanılan və 1-0 Qərbi Almaniyanın qalibiyyəti ilə nəticələnən qarşılaşmadır. Bu oyun, tarixə qara bir ləkə olaraq keçməsi ilə yanaşı futbolda qayda dəyişikliklərinin baş tutmasına səbəb olan oyunlardan biri olmuşdur.
Xixon rüsvayçılığı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | 1982 FİFA Dünya kuboku | ||||||
|
|||||||
Tarix | 15 İyun 1982-ci il | ||||||
Yer | El Molinon, Xixon, İspaniya | ||||||
Hakim | Bob Valentin | ||||||
Tamaşaçı | 41.000 |
Bu oyun Alman futbol tarixinə Nichtangriffspakt von Gijón (Xixon aqressiyasızlıq müqaviləsi)[1] və Schande von Gijón (Xixon rəzaləti) olaraq keçmişdir.[2]
Komanda | O | Q | B | M | Q+ | Q- | T-F | X |
---|---|---|---|---|---|---|---|---|
Avstriya | 2 | 2 | 0 | 0 | 3 | 0 | +3 | 4 |
Əlcəzair | 3 | 2 | 0 | 1 | 5 | 5 | 0 | 4 |
Qərbi Almaniya | 2 | 1 | 0 | 1 | 5 | 3 | +2 | 2 |
Çili | 3 | 0 | 0 | 3 | 3 | 8 | −5 | 0 |
Qərbi Almaniya, Avstriya, Əlcəzair və Çilidən ibarət 2-ci qrupda Əlcəzair ilk oyununda Almaniyanı 2-1 məğlub edərək kubokda bir Avropa komandasını məğlub edən ilk Afrika komandası oldu. Əlcəzair Çili ilə oyunu bir gün əvvəl qalibiyyətlə başa vurmuşdu. Qrupdakı son oyun Qərbi Almaniya ilə Avstriya arasında oynanılacaqdı. Qərbi Almaniyanın Avstriyanı 1-0, ya da 2-0 məğlub etməsi halında, Qərbi Almaniya və Avstriya top fərqi ilə Əlcəzairi üstələyəcəkdi. Qərbi Almaniyanın 3, ya da daha çox fərqlə qazanması halında Avstriya, oyunun heç-heçə, ya da Avstriyanın qalibiyyəti ilə bitməsi halında isə Qərbi Almaniya qrupda qalaraq kubokdan kənarlaşacaqdı.
Oyunda Qərbi Almaniya 10-cu dəqiqədə Hörst Hröbeskin qolu ilə 1-0 önə keçdi və oyunun davamında hər iki komanda oyunun bu hesabla bitməsi üçün əlindən gələni etdi. Qoldan sonra hər iki komanda oyunçularının topa məqsədsizcə toxunduqları görünürdü. Topun hakimiyyətini əlində saxlayan komanda meydanın öz hissəsində paslaşır, rəqib oyunçu yaxınlaşdıqda isə topu qapıçısına atırdı. O dövrdə geri pas qaydası yox idi və qapıçı komanda yoldaşlarından gələn topu dərhal əlinə götürə bilirdi. Bununla yanaşı, oyun heç kəsin olmadığı boş bölgələrə atılan uzun paslarla keçdi və başqa bir ciddi qol epizodu olmadı. Oyunda səy göstərən yeganə oyunçu avstriyalı Valter Şkakner oldu.
ARD telekanalının spikeri Eberhard Stanjek, oyunun bir hissəsindən sonra şərh etməyi dayandırdı. Avstriyalı spiker Robert Ziger, izləyicilərdən televizorlarını söndürmələrini istədi.
Xixonda oynanılan bu oyunda ispan azarkeşlər də boş dayanmayaraq "fuera, fuera" (çölə, çölə) deyə qışqırmağa başladılar. Əsəbi əlcəzairli tərəfdarlar, oyunçulara kağız pul atdılar. Oyun, gözlənildiyi kimi 1-0 Qərbi Almaniyanın qalibiyyəti ilə bitdi və Əlcəzair qrupda qaldı.[3]
25 iyun 1982 17:15 CEST |
|
El Molinon, Xixon, İspaniya Tamaşaçı: 41 000 Hakim: Bob Valentin |
Qərbi Almaniya
|
Avstriya
|
Komanda | O | Q | B | M | Q+ | Q- | T-F | X |
---|---|---|---|---|---|---|---|---|
Qərbi Almaniya | 3 | 2 | 0 | 1 | 6 | 3 | +3 | 4 |
Avstriya | 3 | 2 | 0 | 1 | 3 | 1 | +2 | 4 |
Əlcəzair | 3 | 2 | 0 | 1 | 5 | 5 | 0 | 4 |
Çili | 3 | 0 | 0 | 3 | 3 | 8 | −5 | 0 |
Oyunun sonunda eyni xala sahib olan komandalardan Qərbi Almaniya ilə Avstriya qrupdan çıxarkən eyni xala sahip Əlcəzair isə qrupda qalaraq turnir ilə vidalaşdı.
Oyunun ardından FİFA, baş verən bu hadisənin təsiri ilə bu kimi halların bir daha baş verməsinin qarşısını almaq məqsədi ilə qaydalarda dəyişikliklər etdi və Dünya kuboku qruplarındakı son oyunların hamısının eyni saatda oynanmasına qərar verdi.[4]
Qrupdan çıxan komandalardan Avstriya 2-ci turda məğlub oldu, yoluna davam edən Qərbi Almaniya 1982 FİFA Dünya kuboku Finalında İtaliyaya 3-1 hesabı ilə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.