Xocaev binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri İtalyanski xiyabanı ev 22 ünvanında yerləşir.
Xocaev binası | |
---|---|
rus. Дом Ходжаева | |
47°12′42″ şm. e. 38°55′47″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1863 |
Bir mərtəbəli bina zirzəmiyə belə sahibdir. Bina 1863-cü ildə tacir oğlu şəhər dumasının üzvü Anton Arxipoviç Xocaev tərəsindən inşa edilmişdir. Taqanroq kişi gimnaziyasınfa yaxşı təhsil alan şagirdlərə müəyyən stimendiya verilirdi. Bunlar arasında Poqanatın 250 rus rublu iki stipendiyasi və Xocaevin 150 rubl məbləğində üç stipendiya təsis edilmişdi. 1880-ci ildə onun 55 yaşlı qardaşı özünün canına qəst etmişdir. Sonradan binanı yunan həkim Nikolay Divaris satın almışdır. 1900-cü illərdə isə binanın sahibi Aleksandr Serqeeviç Zolotarev olmuşdur. Sovet hakimiyyəti illərdə bina milliləşdirilmişdir. Hazırda isə yaşayış binası kimi istifadə edilir.
Taqanroq şəhəri İtalyanski xiyabanı ev 22 ünvanında yerləşən bina kərpiçdən inşa edilmişdir. Zirzəmiyə sahib olan bina bir mərtəbəlidir. Dekorativ elementlərlə binanın iki fasadı işlənmişdir. Binanın fasadı boyunca səkkiz pəncərəyə sahibdir. Pəncərələr yarımsirkul formasına sahibdir. Pəncərələrin kənarları dekorlarla işlənmişdir. Aşağı pəncərənin kənsrları isə qəsr daşları ilə işlənmişdir. Sağından binanın həyətinə dəmir darvaza vardır ki, onunda kənarları daş dirəklərdən ibarətdir.
Fasadı assimetrikdir. Çıxış qapısının önündə yarımkolannalar vardır[1]. Bina dəfələrlə fasad rəngini dəyişmişdir. Hazırda bina yaşıl rəngə boyanmışdır. Kiçik arxitektur elementlər isə ağ rəngdədir.