Xose Fransisko Kali Say (isp. José Francisco Calí Tzay) — Qvatemalalı hüquqşünas və diplomatdır[1]. Xose Fransisko Kali Say Qvatemaladakı Sierra Madre dağlarında yaşayan Mayya xalqının kakçikel qəbiləsindəndir.
Xose Fransisko Kali Say | |
---|---|
Doğum tarixi | 27 sentyabr 1961 (62 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | diplomat, vəkil |
ohchr.org/en/special-pro… |
O, Yerli Xalqların Hüquqları üzrə hazırkı Xüsusi Məruzəçi Viktoriya Tauli-Korpuzun səlahiyyət müddəti 2020-ci ildə başa çatdıqdan sonra 2021-ci ildən BMT İnsan Hüquqları Şurasının Yerli Xalqların Hüquqları üzrə Xüsusi Məruzəçisi vəzifəsini icra edir[2]. BMT-nin xüsusi məruzəçisi kimi ona yerli xalqların hüquqlarının iddia edilən pozuntularını araşdırmaq və yerli xalqların hüquqlarına dair beynəlxalq standartların həyata keçirilməsini təşviq etmək tapşırılıb. Bu vəzifədə o, David R. Boydla birlikdə 2022-ci ilin əvvəlində İsveçə yerli Sami xalqının məskəni olan Qallok bölgəsində dəmir filizi Kallak mədəni üçün Britaniyanın Beowulf Mining şirkətinə lisenziya verməməyə çağırıb və bunun açıq mədən olduğunu bildirib. Bu addımın qorunan ekosistemi və maralı miqrasiyasını təhlükə altına alacağını bildirib[3].