Xose Alberto Kintanilla Moreno (d. 1 yanvar 1997) — Boliviyalı üzgüçü. Xose Kintanilla Boliviyanı 2018-ci ildə XIV 25 metr məsafədə üzgüçülük üzrə Dünya Çempionatında təmsil etdi.[1]
Xose Kintanilla | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Xose Alberto Kintanilla Moreno |
Vətəndaşlığı | Boliviya |
Doğum tarixi | |
Doğum yeri | Santa Kruz de la Syerra |
İdman növü | Üzgüçülük |
30 oktyabr 2020 tarixində yenilənib. |
Xose Kintanilla birinci dəfə Dünya Çempionatına 2018-ci ildə qatıldı. O, Xançjouda baş tutan XIV 25 metr məsafədə üzgüçülük üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.86 saniyəlik nəticəsi ilə 104 üzgüçü arasında 60-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.[2]