Xroma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Xrom Oxu yarımadası ilə materik arasında yerləşir. Materik daxilinə 100 km məsafədə daxil olur. Eni isə 5 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Bəzi hissələrdə isə hündürlük 15 metrə çatır. Körfəzə Xroma, Lapça, Keremesıt, Kuçunnay çayları tökülür. Xroma qolu ilə Vostoçnı körfəzi birləşir[1][2]. Şərq hissəsində Uzenski adası yerləşir.
Xroma körfəzi | |
---|---|
rus. Хромская губа | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Yerləşməsi | |
71°47′ şm. e. 145°33′ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Körfəz ətrafı bataqlıqlaşmışdır. Körfəzdən şimalda yerləşən göllər: Uzornoe və Tutax-Kyuel. İlin böyük qismi körfəz buzla örtülü olur.
İnzibati cəhətdən Rusiya Federasiyası Saxa Respublikası ərazisinə daxildir.