Xromoplastlar

Xromoplastlar — başqa plastidlərdən sarı, narıncı, qırmızı və qonur rəngləri ilə fərqlənirlər. Xromoplastlara daha çox tərəvəzlərdə, məsələn, qırmızı bibər, qarpız, pomidor və ərik, itburnu, üvəz kimi meyvələrdə rast gəlmək olur. Xromoplastlara sarı, narıncı və qırmızı rəng verən piqmentlər – karotinoidlərdir. 60-a qədər növ müxtəlifliyi var. Ən çox yayılmış piqmentlərdən karotini və ksantofili göstərmək olar.

Xromoplastlar çöp, üçbucaq, çoxbucaqlı, sap, romb və s. şəklində olur. Xromoplastların üzərində çox hallarda nişasta dənəcikləri, zülal kristalları və yağ damlaları görünür. Ehtimal ki, bu maddələrin sintezi ilə xromoplastlar arasında müəyyən münasibət vardır.[1]

  1. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.