Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hu Xanım — türk və altay mifologiyalarında qəzəb ilahəsi. Ku xanım və ya Huğ (Quğ) xanım olaraq da tanınmaqdadır. Çox mərhəmətsizdir. Fitnə çıxarır. Yeraltındakı qara suların ən dibində yaşayır. Qara tülkü qılığına girə bilər. Beşiyi ağ qayadır. Qayalardaki gözlə görünməz qapılar yalnız onun səsiylə açılar. Cinsi məzmunlu davranışları olur. Naməlumlar aləmindən xəbəri var. Dəmir əsa ilə gəzər. Yer üzündə şər törədir. İnsanlar arasında narahatlıq çıxarar. Davamlı olaraq şər düşünür və içində şər olan insanlara girib onları mənfi davranmağa itələyər. Söz, çılpaqlıq və ağlıq mənaları ehtiva edir.