Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əzizbəyov Xudadat bəy Əsədulla bəy oğlu — müəllim, tərcüməçi.
XUDADAT BƏY ƏZİZBƏYOV | |
---|---|
Xudadat bəy Əsədulla bəy oğlu Əzizbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı şəhəri |
Fəaliyyəti | dilçi |
Xudadat bəy Əzizbəyov 1892-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbində, sonra Şuşa real məktəbində oxumuşdu. 1911-ci ildə real məktəbi bitirib Bakı şəhərində "İttihad" progimnaziyasında müəllim işləmişdi. Biliyi, savadı sayəsində əvvəlcə nəzarətçi, sonra müfəttiş vəzifəsinə yüksəldi. Xəstəliyi ilə bağlı Şuşaya dönüb Savadlılığı yayma cəmiyyətində, eyni zamanda da "Gövhəriyyə" məktəbində müəllim kimi çalışdı. Onun təşəbbüsü ilə cəmiyyətin nəsdində "Rəşidiyyə" adlı məktəb açıldı. Bir xeyli müddət burda çalışdı. I Dünya Müharibəsi illərində Şuşadakı Qarşılıqlı Kredit Cəmiyyətində işlədi. "Rəşidiyyə" məktəbinin pedoqoji kollektivinin xahişi ilə yenidən təhsil ocağına qayıtdı. Qarabağın ən nüfuzlu pedaqoqlarından biri Mirzə Camal Yusifzadəni məktəbə dəvət etdi. Əl-ələ verib məktəblərini yüksək səviyyəyə gətirdilər. 1918-ci ildə "Rəşidiyyə" məktəbi Osmanlı ordusunun əsgərlərinə verildi. 1919-cu ildə Xudadat bəy əvvəlcə Gəncəyə üz tutdu, orda iş tapmayıb Bakıya yollandı. "Azərbaycan" qəzetində çalışmağa başladı. Eyni zamanda da progimnaziyasında müəllim işlədi. Redaksiyada onun bacarığını duyub tərcüməçi işinə dəyişdilər. Mühasibatı yaxşı bildiyindən jurnalistlər ittifaqının xəzinədarlıq işi də ona həvalə olundu. Gecə məktəbində direktor işləyirdi.
X. Əzizbəyov 1926-cı ildən təcrübəli mətbuat işçisi kimi "Bakinski raboçi" nəşriyyatında işə başlamışdı. Bir müddət sonra bu nəşriyyat "Azərnəşr"lə birləşib vahid mərkəzə çevrildi. Alman, fransız, fars, ərəb və rus dillərini mükəmməl bilən Xudadat bəy burda müxtəlif vaxtlarda tərcüməçi, texniki redaktor və məsul redaktor vəzifələrində çalışmışdı.
O, 5 dekabr 1957-ci ildə vəfat edib.
X. Əzizbəyov fəal ictimaiyətçi, alovlu natiq idi. "İttihad" məktəbinin nəzdində açılan İran ziyalılarının "Tərəqqi" maarifçi cəmiyyətində iş aparır, iclaslarda çıxış edirdi.
X. Əzizbəyov sovet dövründə də xalq maarifində yorulmadan çalışmışdı. Teatr sahəsində əmək vermişdi. Jurnalist kimi "Kəndçi", "Kommunist" qəzetlərində işləmişdi. Dilgir təxəllüsü ilə şeir yazmışdı.
X. Əzizbəyovun ən böyük xidmətlərindən biri lüğət tərtibi sahəsində idi. Sovet hakimiyyətinin ilk illərində lüğətə böyük ehtiyac olduğundan o, Hənəfi Zeynallı, Yusif Əliyev, Süleyman Musabəyov, Vəli Xuluflu, Tağı Şahbazi Simurğ, Əhməd bəy Pepinov, Ələkbər Heydərli, Yusif Vəzir Çəmənzəminli, Məhərrəm Kamil, Rəşid Yusifzadə, Ələkbər Qərib, Sami Kamal, Süleyman Məlikovla birlikdə Ruhulla Axundovun redaksiyasında ilk "Rusca-türkcə lüğət"in (1926) tərtibçilərindən biri idi.