Kinolent Azərbaycan memarlığının nadir nümunəsi olan Xudafərin körpülərinə həsr olunmuşdur. Filmdə Azərbaycanı İranla bağlayan bu körpülərin dağılmaq təhlükəsindən danışılır və qeyd olunur ki, vaxtilə bu körpülər sərhəd yaxınlığında ticarətin inkişafına, dostluğun möhkəmlənməsinə xidmət etmişdir.
Xudafərin-dərdi dərin | |
---|---|
Janr | sənədli film |
Rejissor | Vaqif Azəryar |
Ssenari müəllifi | Cəfər Qiyasi |
Operator | İsrafil Ağazadə |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1990 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1990 |
Texniki məlumatlar |
1 hissə 270 metr 35 mm |
Rəng | rəngli |
Film Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.