Xulio Kortasar (isp. Julio Cortázar; 26 avqust 1914[1][2][…], Brüssel[3] – 12 fevral 1984[1][2][…], X arondisman (Paris)[3]) – Argentinalı romançı, qısa hekayə yazıçısı və esseist.
Xulio Kortasar | |
---|---|
isp. Julio Cortázar | |
Təxəllüsü | Julio Denis |
Doğum tarixi | 26 avqust 1914[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1984[1][2][…] (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1938-ci ildən |
Əsərlərinin dili | ispan dili |
İstiqamət | sürrealizm |
Janrlar | magik realizm, poeziya |
Xulio Kortasar Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Argentinanın tanınmış yazıçısı Xulio Kortasar ömrü boyu üç qadınla ciddi və davamlı münasibətlər qurub.
O, hələ Buenos-Ayresdə yaşayarkən ölənəcən subay qalacağını düşünürdü, lakin 1953-cü ildə 39 yaşlı Xulio Kortasar argentinalı Aurora Bernandeslə evlənir. Qadın Kortasardan 4 yaş cavanıydı. Onlar yazıçı hələ Avropaya köçməzdən öncə tanış olmuşdular. Sonralar Aurora onun ardınca Fransaya gedir.
Xulioyla Aurora ilk vaxtlar olduqca xoşbəxt idilər; dostları onları ruhən bir-birinə çox yaraşdırırdılar. Cütlüyün ədəbi maraqları da üst-üstə düşürdü. Kortasar arvadının ədəbi fəhminə hörmətlə yanaşırdı. Buna onun XX əsrdə ispandilli məhsulun ən mötəbər və ziyalı naşiri Fransisko Porruaya yazdığı məktublar da şəhadət edir.
Bütün bunlara baxmayaraq, günlərin birində onlar ayrılırlar. Boşanmanın bir neçə səbəbini göstərirlər: Aurora ərinin fəal siyasi məsləklərini bölüşmürdü. Bir də ki, illər ötdükcə ər-arvad münasibətlərinin romantik çalarları əriyib gedir. Deyilənə görə, Kortasarın Uqne Karvelislə sevgi macərası başlayanda Aurora boşanma tələbiylə çıxış edir. Hər ikisi üçün ağrılı olan bu ayrılmaya baxmayaraq, sabiq cütlük qarşılıqlı hörməti və isti münasibətləri qoruyub-saxlaya bilir.
1982-ci ilin dekabrında, ikinci arvadının (Kerol Denlop – red.) ölümündən sonra Kortasar ədəbi irsinin bütün hüquqlarını Aurora Bernandesə verir. Qadınsa yazıçının qayğısına qalmaqla bahəm, onu ölüm saatlarında belə tək qoymur.
Aurora ədibin ölümündən sonra onun cavanlıq dövrünə təsadüf edən, sağlığında çap olunmamış əsərlərini və məktublarından ibarət üçcildliyini nəşr etdirir.
X. Kortasarın Aurorayla münasibətləri soyuyanda ədib litvalı Uqne Karvelislə tanış olur. Qadın Qallimar evində ədəbi şöbədə işləyirdi və Latın Amerikası ədəbiyyatına təhkim olunmuşdu. Onlar Fransada tanış olsalar da, 1967-ci ildə Kubada təsadüfən rastlaşmaları münasibətlərinin başlanğıcı sayıla bilər.
Yazıçı Aurorayla boşandıqdan sonra Uqneylə birgə yaşamağa başlayır, lakin bu cütlük münasibətlərini heç vaxt rəsmiləşdirmir. Karvelis Kuba inqilabının sadiq tərəfdarıydı və deyilənə görə, Kortasarın Kuba və Nikaraqua hadisələrinə marağının başında məhz o dayanır. Bundan başqa, çoxları Kortasarın əsərlərinin Latın Amerikasından kənarda tanınmasında məhz bu qadının əvəzsiz rol oynadığını söyləyir, amma eyni zamanda, digərləri bu faktı təkzib edir.
Uqneylə münasibətlər coşqun olduğu qədər dəyişkəndi. Cütlüyün ayrılmasına səbəb kimi qadının alkoqola meylli olmasını göstərirlər. Bundan savayı, Uqnenin rəqabət ruhu da münasibətlərdə çat yaratdı. Qadın ədibin yalnız həyat yoldaşı roluyla kifayətlənmək istəmir. Kortasar özü də dostlarına məktublarında onunla dostluq əlaqələrini qoruyub saxlamağa cəhd etdiyini yazır, amma eyni zamanda bunun mümkünsüzlüyündən şikayətlənir.
Onlar 1978-ci ildə ayrılırlar. Kortasar Uqneylə münasibətlərinə son qoymazdan bir neçə ay öncə Kerol Danlopla tanış olur və az keçmir ki, bu qadını "həyatının sevgisi" adlandırır.
X. Kortasar son sevgisiylə Kanadada mühazirə oxuyarkən rastlaşır. Kerol 1946-cı ildə ABŞ-də doğulmuşdu və yazıçıdan 32 yaş kiçikdi (Uqne Xuliodan 22 yaş balacaydı – red). Kerol ABŞ-nin Vyetnamda apardığı müharibəyə etiraz kimi Kanadaya mühacirət etmişdi. Kvebekdə yaşayan qadın fransız dilini öz ikinci ana dili sayırdı. O da Kortasar kimi yazırdı.
Qarşılıqlı cazibə ani olur. Onlar etibar üzərində qurulmuş sıx və zərif münasibətlərini qadının vaxtsız ölümünədək qoruyub saxlayırlar.
Dostları bu cütlüyün münasibətlərindəki zəriflik və harmoniyanı riqqətlə xatırlayırlar. Kortasar qadınının yanında xoşbəxtlikdən işıq saçırdı. Kerol təvazökar və təmkinliydi. Danlop yazıçının Nikaraqua xalqına olan sevgisini və bu ölkədə baş verən inqilaba rəğbətini bölüşürdü.
XX əsrin 80-ci illərin əvvəlində həkimlər Kortasara dəhşətli diaqnoz qoyurlar: leykemiya. Keroldan savayı, bu xəstəlikdən heç kim xəbər tutmur, hətta ədibin özü də. Yazmağın əri üçün hər şey olduğunu bilən Danlop xəstəliyin Kortasarın adi həyat ritminin pozulmamağı üçün əlindən gələni edir: "Xulionun xroniki leykemiyadan əziyyət çəkdiyini öyrəndiyim gündən bir il ötür. Həkimlərlə məndən başqa, bu haqda heç kim bilmir. O da bilmir. Heç bilməməlidir də. Əgər xəstəliyindən xəbərsiz olsa, normal həyat sürə biləcək".
Onların Nikaraquaya birgə səfəri yarımçıq qalır – Kerolun sağlamlığındakı gözlənilməz problemlər cütlüyü Parisə qayıtmağa vadar edir. Qadın 1982-ci il noyabrın 2-də vəfat edir. Özünün xəbəri olmadığı xəstəlikdən (leykemiya — red) əziyyət çəkən Kortasar arvadının vaxtsız ölümündən sonra tamam sönür və iki il sonra, 1984-cü il fevralın 12-də ölür. Xulio və Kerol Parisdəki Monparnas qəbiristanlığında bir qəbri "bölüşürlər".
"Kosmotradada avtonavtlar" ("Los autonautas de la cosmopista" – red.) kitabını bu cütlüyün sevgisinə bac kimi qiymətləndirmək olar. Əsərdə Xulioyla Kerolun Parisdən Marselə qeyri-adi səyahətinin xronikası əks olunub. Onlar 800 kilometri 32 günə qət ediblər. Bu səyahətin qaydalarına görə, onlar gündə iki dəfə yollarının üstündə olan avtomobil dayanacağında dincəlməli və ikinci dayanacaqda birgə gecələməliydilər. Və heç vəchlə magistraldan kənara çıxmamalıydılar. Kortasar arvadının ölümündən sonra birgə yazdıqları bu əsəri sona çatdırır və kitabı çap etdirir.
Beləcə, Kortasar ömrünün qürub çağında mükəmməl və dərin münasibətlərə sahib olur, eyni zamanda ilk qadını Aurora Bernandeslə həqiqi dostluğunu qoruyub saxlaya bilir. Əminliklə söyləmək olar ki, yazıçının şəxsi münasibətlərində onun təbiətini, insaniyyətini əks etdirən dərinlik, istilik və güc ehtiva olub.