Xunxuayuan

Xunxuayuan — Əsası 1969-cu ildə müxtəlif sahələrdə fəaliyyət göstərən bir qrup insan tərəfindən qoyulmuşdur. Onların arasında Milli Assambleyanın deputatları, tərxis edilmiş hərbçilər, universitet və kollec professorları vardır. Bu din aşkar siyasi oriyentasiyaya malikdir. Onun tərəfdarları hesab edirlər ki, tanrı bəşəriyyətə, xüsusən də Çinə üzləşdiyi problemləri dəf etməyə köməkçi olacaqdır. Bu dinin Taybey və ona yaxın bölgələrdə 10-dan çox məbədi mövcuddur.