Xuy (padşah)

Xuy — erkən birinci aralıq dövrdə hakimiyyətdə olmuş Qədim Misir padşahı. Yürgen fon Bekerat təklif etmişdir ki, Xuy Misirin səkkizinci sülaləsinə mənsub idi,[1] lakin başqalarına görə, Xuy özünü padşah elan etmiş bir nomarx idi.

Xuy
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. III minillik
Vəfat tarixi bilinmir
Ailəsi Səkkizincı sülalə (Misir)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sənədləşdirmə[redaktə | mənbəni redaktə et]

Xuy tarixi mənbələrdən məlum deyil. Onun varlığının yeganə dəqiq sübutu daş blokda onun kartuşunu göstərən fraqmentli relyefdir. Bu relyef 1912-ci ildə misirşünas Əhməd bəy Kamal tərəfindən nəşr edilmiş və daha sonra Reymond Veyl tərəfindən yenidən nəşr edilmişdir.[2] Blok Manfalut yaxınlığındakı Dara nekropolunun mastabasından qazılmışdır. Bu nekropolda Xuya aid edilən və Xuy piramidası adlanan nəhəng dəfn strukturu üstünlük təşkil edir.[3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Jürgen von Beckerath, Handbuch der ägyptischen Königsnamen, München-Berlin, Deutscher Kunstverlag, 1984, p. 60, ISBN 3422008322.
  2. Kamal, Ahmed Bey. "Fouilles à Dara et à Qoçéîr el-Amarna". Annales du Service des Antiquités de l'Égypte. p. 132. 1912.
  3. Mark Lehner, The Complete Pyramids, Thames & Hudson, ISBN 978-0-500-28547-3, p. 164
  4. "Egyptian History Dyn. 6-11". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Jürgen von Beckerath, Chronologie des pharaonischen Ägypten, Zabern Verlag Mainz, 1994, p. 151. ISBN 3-8053-2310-7.
  • Thomas Schneider, Lexikon der Pharaonen, Düsseldorf, Albatros Verlag, 2002, p. 104. ISBN 3-491-96053-3.