Bu məqaləni vikiləşdirmək lazımdır. |
YAXA (Yük açmanın xüsusi avtomatikası) — yük açmanın xüsusi avtomatikası.
İki enerji sistemi və enerji sistemin hissələrini əlaqələndirən xətlərdən birinin qəza açılması zamanı yerdə qalan xətlərdə aktiv gücün yolverilməz artımı baş verə bilər. Enerji sistemi bölmədən və generasiya olunan gücü açmadan dayanıqlığı qorumaq üçün enerji sistemin qəbuledici hissəsində yüklərin qısamüddətli avtomatik açılması effektiv vasitələrdən biridir. Bu funksiyanı YAXA yerinə yetirir.
YAXA-nın işəsalıcı faktoru onun quraşdırıldığı 110–220 kV-luq obyeklərin şinlərində gərginliyin aşağı düşməsidir. Əlavə faktorlar kimi, bir və ya bir neçə xəttin açılması nəzərdə tutula bilər (əvvəlki gücə nəzarət etməklə və ya etmədən).
Əlavə işəsalıcı faktorların seçilməsində çətinlik olduğu istisna hallarda, YAXA-nın işi qısaqapanma səbəbindən gərginliyin azalması zamanı bloklanmaqla yerinə yetirilir (qısaqapanma zamanı təsir etmir).
Qaydalara görə, YAXA-nın təsirindən daha çox güc tələb edən, lakin texnoloji prosesin xarakterinə və dərəcəsinə görə az əhəmiyyətli yüklər açılır.
YAXA işləyən zaman ATQ-yə qadağa qoyulmalıdır. Qidalanmanın sonrakı bərpası operativ personal tərəfindən həyata keçirilir. İdarəetmə şitində növbətçi personalın qəza rejimində YAXA ilə əlaqələndirilmiş hava xəttini aça bilməsi üçün düymələr nəzərdə tutulur. Normal rejimdə onlar plomblanmış olurlar.
YAXA aşağıdakıları təmin etməlidir: