Yırtıcı (snayper tüfəngi)

Yırtıcı — yarıavtomat iş prinsipinə malik 7,62×54 mm çaplı snayper tüfəngi. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən yaradılıb. "Yırtıcı" snayper tüfənginin uzunluğu 1185 mm, qundaq yığıldıqda isə 951 mm, lüləsinin uzunluğu 620 mm, effektiv atış məsafəsi 1000 metr, güllənin başlanğıc sürəti 830 metr/saniyə təşkil edir. Tüfəng 10 patron tutumuna malik daraqla dəstləşdirilir.

Yırtıcı
Tipi Snayper tüfəngi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2015-bu günə qədər
İstismar edənlər
İstehsal tarixçəsi
Konstruksiya tarixi 2014
İstehsalçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
İstehsal illəri 2014
Xüsusiyyətləri
Ağırlığı 6 kq
Uzunluğu 1185 mm

Altı kiloqram çəkiyə malik silahın lülə qutusunun üzərində və yanlarındakı piccatini tamasaları ona taktik aksessuarlar əlavə etmək imkanı yaradır.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

2017-ci ildə testləri başa çatan "Yırtıcı"nın bir sıra xarici analoqlardan fərqi onun özəl dizaynla hazırlanması, atıcı üçün tənzimlənə bilən ayaqlıq və qundaqlarından başqa, konstruktiv dəyişmədə sadəliyinin olmasıdır. Tənzimlənən qundağın atıcı üçün çiyin nahiyyəsinin dirənəcəyində geriyə təpmə zamanı zərbəni yüngülləşdirən xüsusi rezin qoruyucu qoyulub ki, bu da atıcının daha dəqiq atəş açması və bu zaman zəruri xəsarət almaması üçün böyük amildir. Lülə qutusunun üzərində bərkidilən "Pikkatini" relsi, silahın bir sıra optik, termal, infraqırmızı və s. nişangahlardan istifadəsini mümkün edir. İstehsalçının verdiyi məlumata görə isə, effektiv atəş məsafəsi 1000 metrdir. Tüfəng 10 gülləlik, alt hissədən silaha qoşulan darağa malikdir ki, bu da tez bir zamanda ikinci atəşin vaxt itirmədən açılmasında yaxşı göstərici sayılır. Lülə qutusunun üstündəki "Pikkatini" relslərindən başqa, silahın yan və alt tərəfindədə relslər qurulub ki, bu da silaha müxtəlif taktiki aksessuar və vasitələrin qoşulmasında böyük üstünlükdür.

Silah öz sırasında olan başqa snayper tüfənglərindən 6 kq çəkidə olması ilə fərqlənir ki, bu da yarımavtomatik snayper tüfəngi ücün yaxşı göstəricidir. İstismar zamanı və texniki qulluq zamanı silahın sadəliyi imkan verir ki, atıcı onunla tez bir zamanda daha effektiv rəftar edə bilsin.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. ""Yırtıcı" snayper tüfənginin testləri başa çatır". 2018-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.
  2. "Düşmənin qorxulu röyası – Qafqaz "YIRTICI"sı". 2018-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.