Yağmur piri

Yağmur piri Culfa rayonunun Teyvaz kəndindən ş.- də ziyarətgah.[1]

Pir daş hörgü ilə iki hissəyə bölünmüşdür. Pirin girişi cənub tərəfdəndir. Onun cənub, şərq və qərb divarlarında şam yandırmaq və nəzir qoymaq üçün xüsusi taxçalar düzəldilmişdir. Pirin divarları Azərbaycanın qədim memarlığı üçün xarakterik olan tikinti texnikası ilə tikilmişdir. Divarlar yanlardan iri daşlarla hörülmüş, onların arası isə kiçik həcmli daşlarla doldurulmuşdur. Divarlar bərkidici məhlul olmadan inşa edilmişdir. Pirin arxitektura özəllikləri və daşların şibyə ilə örtülməsi onun uzun müddətdən bəri istifadə edildiyini göstərir. Pirin içərisindəki taxçalarda XII–XIV əsrlərə aid yağdanlara rast gəlinmişdir. Lakin pirin tikilmə tarixi e.ə. IX–VI əsrlərə aiddir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Naxçıvan Abidələri Ensklopediyası. Naxçıvan.2008