Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Yaşıl Elm — Bakıda 12 mart 2014-cü ildə universitet tələbələri tərəfindən elmi bloq olaraq fəaliyyətə başlayan, hazırda elmi-kütləvi mövzuda kitablar nəşr edən, elektron materiallar hazırlayan bir qeyri-kommersiya təşkilatıdır. Sosial media və internet ziyarətçiləri baxımından Azərbaycanda ən böyük kütləyə sahib elmi təşkilatdır. Baş redaktoru Taryel Abdullayevdir.
Yaşıl Elm | |
---|---|
Növü | Elmi-kütləvi |
Fəaliyyəti | Elmi kütləvi yayımlar |
Şüar | Sizin elmi bələdçiniz! |
Yaranma tarixi | 12 mart 2014 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı, Azərbaycan |
Sədr | Taryel Abdullayev |
www.yasilelm.com |
Portalın elektron qəzeti hər kəsə açıq elmi-kütləvi qəzetdir. Burada hər kəs məqalə yaza bilər, məqalələr redaktorlar tərəfindən redaktə edilərək yayımlanır. Hazırlanan elmi materiallar dünyanın böyük universitetlərində tədris edilən kitablara istinad edilərək hazırlanır. Heç bir şəxsi, siyasi görüş, inanc və inancsızlığı dəstəklənməsinı, reklamına və propoqandasına icazə verilmir.[1][mənbə göstərin]
Portal Azərbaycanda ilk dəfə olaraq təkamül nəzəriyyəsinə aid "Təkamülə Giriş" adlı kitab çıxarmışdır.[2] Bununla yanaşı Nil Deqrass Taysonun "Tələsən insanlar üçün astrofizika", Ali Demirsoyun "Məktəblilər üçün təkamül" kitabları tərcümə edilərək çap edilmiş, plaforma üzvləri tərəfindən uşaqlar üçün "Kosmos" kitabı yazılmışdır.[mənbə göstərin]
Portalın üzvləri və Azərbaycanlı alimlər tərəfindən tez-tez elmi-kütləvi mövzuda görüşlər keçirilir. Görüşlərin əsas məqsədi oxuyucuların suallarını cavablandırmaqdır. Bununla yanaşı elmi seminarlar və elm adamlarının insanlarla görüşünü təşkil edir.[mənbə göstərin]
Portalın elmi seminarlar üçün fəaliyyət göstərən speaker.az saytı fəaliyyətə başlayıb. İstifadəçilərin öz suallarına cavab tapa biləcəyi Yaşıl Forum və Elmi başlıqları bir elektron ensiklopediya halında toplayan Yaşıl Viki layihələri mövcuddur.[mənbə göstərin]
Yaşıl Elmin əsas məqsədi elmi xalqa çatdırmaq və maariflənmədə rol oynamaq, elmi həqiqətlərlə bağlı məlumatları yayımlamaq, elmi aydınlanmaya qatqı təmin etməkdir. Xüsusilə də son dövrlərdə elmi nəzəriyyələri heç bir əsas olmadan, saxta fosillərdən istifadə edərək saxtalaşdıran, elmi həqiqətləri fərqli formada insanlara çatdıran portallara qarşı mübarizə aparmaqdır.