Yaşıl alp sovkası

Açıq sarı dən sovkası (lat. Isochlora viridis) — pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid növ.

Yaşıl alp sovkası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yaşıl alp sovkası
Beynəlxalq elmi adı
  • Isochlora viridis

Təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açılmış halda 40–45 mm-dir. Ön qanadlarının rəngi tamamilə yaşıldır, ot rəngindədir. Arxa qanadları ağdır. Ön qanadların üzərində yumuru və böyrəkşəkilli naxışlar görsənmir.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazın 3000–3500 m hündürlüyündə yayılmışdır.[2]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Yüksək meşə açıqlığı və alp çəmənlikləri. Həyat tərzi öyrənilməmişdir. Kəpənəyi avqust ayında uçur.

Sayı[redaktə | mənbəni redaktə et]

Azsaylıdır. Cəmi 2 kəpənəyi toplanmışdır.[3]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, mal-qara otarılması, ot çalımı, həvəskar kolleksiyaçılar tərəfindən toplanması, təbiətdə parazit və yırtıcı cücülər tərəfindən məhv edilməsi və mikroorqanizmlərlə yoluxması.

Qorunması üçün məsləhət görülən tədbirlər[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək. Kəpənəyin biologiyasını öyrənmək. Yaşayış ərazilərinə monitorinqlər təşkil etmək.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qırmızı Kitabı. 1989 il
  2. Azərbaycan Qırmızı Kitabı, Bakı, II Cild, 2013
  3. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 368; 2. Алиев С.В. Совки (Lepidoptera, Noctuidae) Азербайджана. Баку: Элм, 1984, 209 с.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qırmızı Kitabı. 1989 il
  2. Azərbaycan Qırmızı Kitabı, Bakı, II Cild, 2013
  3. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 368; 2. Алиев С.В. Совки (Lepidoptera, Noctuidae) Азербайджана. Баку: Элм, 1984, 209 с.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]