Yaşılçiçək platantera (lat. Platanthera chlorantha)[2] — ləçəkotu cinsinə aid bitki növü.[3]
Yaşılçiçək platantera | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
| ||||||||
Cins: | Ləçəkotu | |||||||
Cins: | Ləçəkotu | |||||||
Cins: | Ləçəkotu | |||||||
Cins: | Ləçəkotu | |||||||
Cins: | Ləçəkotu | |||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çoxillik ot bitkisidir. Kök yumruları uzunsov-yumurtavari, bizvari sonluqludur. Gövdəsi 30–50 sm hündürlükdə, 1–3 sayda xırda lansetşəkill yarpaqcıqlı və iki ədəd iri, enli, oval və ya tərs-yumurtavari, gövdənin aşağı hissəsində enli saplağı olan yarpaqlıdır. Çiçək qrupu cox çiçəkli, boş, 7–25 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və ya yumurtavari, lansetşəkilli, kütləşmiş, yaşılımtıl-ağ, az iylidir. Dodağı xətti-lansetvari,11–14 mm uzunluğunda, küt, qövsvari əyilmiş, 2,7 sm usunluğunda, təpə hissədə sancaqvari qalınlaşmış mahmızlıdır.[4][5][6][7][8]
Samur-Dəvəçi ovalığı, Qobustan, Böyük Qafqazın bütün rayonları (Altıaqac qəsəbəsinin ətrafı), Kiçik Qafqazın mərkəzi və cənub rayonları, Lənkəran və Naxçıvanın dağlıq rayonları, Xəzəryanı ovalıq (Xızı rayonu)[5]
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Arandan orta dağ qurşağına kimi, meşə, kolluqlararası, Anacamptis pyramidalis, Dictamnus caucasicus, Euphorbia condilocarpa bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir . Dekorativ və dərman bitkisidir, elmi və xalq təbabətində istifadə olunur .
Bir neçə lokalitetlərdə azalma tendensiyasına meyl müşahidə olunur.
Antropogen amillər (mal-qara tərəfindən tapdalanması və dekorativ bitki kimi intensiv yığılması).
Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi və yeni yayılma yerlərinin axtarılması təklif olunur.