Yaşa, qızıl balıq — Natiq Rəsulzadənin ssenarisi əsasında[1] Nicat Feyzullayevin filmi.
Yaşa, qızıl balıq | |
---|---|
Fayl:Yaşa, qızıl balıq (film, 1988).jpg | |
Janr |
komediya macəra |
Rejissor | Nicat Feyzullayev |
Ssenari müəllifləri |
Natiq Rəsulzadə Nicat Feyzullayev |
Baş rollarda |
Kamil Məhərrəmov — avtobus sürücüsü Ə.Məmmədov Aqşin Feyzullayev — uşaq Ə.Ələsgərov S.Məmmədova Kübra Dadaşova — sərnişin |
Operator | Nizami Abbasov |
Rəssam | Mirzə Rəfiyev |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 1988 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 14,5 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1988 |
Texniki məlumatlar |
2 hissə 585 metr 35 mm |
Rəng | rəngli |
Laqeydlik — bu, bizim narahat dövrümüzün əsas bəlasıdır. Və onunla mübarizə hər birimizin vətəndaşlıq borcudur. Film tamaşaçıları öz həyat mövqeyi üzərində düşünməyə məcbur edir.
Kinolent insan və təbiət, onların qarşılıqlı əlaqəsi, insanın zəngin mənəviyyatı və əxlaqi kamilliyi haqqındadır.
Avtobusdakı bəzi sərnişinlər can verən "qızıl balığı" qurtamaq üçün əllərindən gələni edir, bəziləri isə buna biganə yanaşır. Hadisələr kiçik bir avtobusda baş versə də əslində bu, böyük bir cəmiyyəti əhatə edir. Həmin cəmiyyətdə laqeydlər də çoxdur, zəngin mənəviyyatı olanlar da.
Filmdə çəkilmək üçün beş "qızıl balıq" alınmışdır. Ancaq əvvəldən axıra qədər təkcə "Ağabala" ləqəbli balıqdan istifadə olunmuşdur.
Film rejissor Nicat Feyzullayevin quruluşçu rejissor kimi bədii kinoda ilk işidir.