Yaşar Aksoy (1 avqust 1947) Türk şair, tarixçi və yazıçısı.
Yaşar Aksoy | |
---|---|
Yaşar Aksoy | |
Doğum tarixi | |
Doğum yeri | Müsavat küçəsi, Soyuqquyu məhəlləsi, Qarşıqaya, İzmir, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Atası | Camal Aksoy |
Anası | Zəhra Aksoy |
Təhsili | İstanbul Texnik Universiteti,Ege Universiteti |
İxtisası | mühəndis |
Fəaliyyəti | müəllif |
Fəaliyyət illəri | 1965-günümüzədək |
Əsərlərinin dili | türk |
İlk əsəri | Atatürk və Qurtuluş savaşı şeirləri (1979) |
Tanınmış əsərləri | İzmir Sevgisi (1997), Kuvayı Milliye (2012) |
Yaşar Aksoy İzmir aşiqi olaraq tanınmaqdadır.Anası izmirli tarix müəllimi Zəhra Aksoy,atası Uşaklıdan olan əkinçi Camal Aksoydur.
Y.Aksoy 1965-ci ildən etibarən növbə ilə Axşam qəzeti,Türk yolu dərgisi,Demokrat İzmir qəzeti (1971-1979), Yeni əsr qəzeti (1982-2001), Star qəzeti və Hürriyyət qəzetində mədəniyyət müxbiri, mədəniyyət sahəsinin rejissoru, araşdırmaçı və köşə yazarı olmuşdur. Bundan əlavə Aksoy Yeni Tv televiziya kanalında Kultura, Ege Tv televiziya kanalında isə Egedə zaman adlı televiziya proqramlarını hazırlayaraq təqdim etmişdir. Aksoy Beynəlxalq İzmir Araşdırmalar Mərkəzi ilə Çeşmə Sənət Dostları qrupunun qurucusudur. İzmir eli üçün etdiyi mədəni qatqılar səbəbi ilə Qarşıqaya mahalında doğulub böyüdüyü və uşaqlıq illərini keçirdiyi küçəyə və Asansör (Qaradaş) səmtində bir parka yazıçının adı verilmişdir.[1]
Yaşar Aksoy İstanbul Texnik Universiteti və Ege Universitetindən mühəndis kimi məzun olmuşdur.Doqquz sentyabr Universitetinin Atatürk qanunu və İnqilab tarixi İnstitunda İnqilab tarixi dərslərini verən Yaşar Aksoy 20 ilə yaxın müddətini Çeşmə tarixi və mədəniyyətini araşdırmağa həsr etmişdir.Çeşmə mahalının arxivini qurmaq üçün çalışmaqdadır. Y.Aksoy 1984 və 1990-cı illər ərzində Çeşmə Beynəlxalq Festival qəzetlərini nəşr etdirmişdir.
Atatürk və Qurtuluş savaşı şeirləri (1979) Anıtqəbir dastanı (1981) Müasir planlama texnikaları (1982) Halikarnas Kadırqası (1984) Bir Şəhər bir İnsan (1968) Qarşıqaya və Qaf Sin Qaf tarixi (1988) izmir rəhəbri (1992) Asansör və Dario Moreno'nun xatirələri (1993) İzmiri sevmə sənəti (1994) Ege sənayeləşmə tarixi (1995) Ege sevgisi (1996) İzmir sevgisi (1997) Qazi türküsü (1997) Meserret sərçəsi (şeir 1988) Qalpaqlı inkişaf (1998) Ege mədəniyyəti (1999) Aydınlar şəhəri İzmir (2000) Kuvayı Milliye (2012)[2]
Yaşar Aksoy ile Hatıralar Arxivləşdirilib 2015-05-15 at the Wayback Machine