Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 5 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Kəlbiyev Yaşar Atakişi oğlu — iqtisadi elmləri doktoru.
Yaşar Kəlbiyev | |
---|---|
Kəlbiyev Yaşar Atakişi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Rəzgov, Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
4 aprel 1964 -cü ildə Lerik rayonunun Rəzgöv kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) mühəndis-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 1991-ci ilin yanvarından 1993-cü ilin dekabrına kimi həmin təhsil müəssisəsinin əyani şöbəsinin aspiranturasında təhsil almışdır.
1994-1995-ci illərdə ADNA-da «Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarə edilməsi» kafedrasının assistenti vəzifəsində çalışmış və 1990-cı illərin əvvəllərindən başlayaraq 1995-ci ilə qədər eyni zamanda müxtəlif özəl təşkilatlarda əvəzçiliklə baş mühasib vəzifəsində işləmişdir. 1995-1999-cu illərdə Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində baş iqtisadçı vəzifəsində çalışmaqla yanaşı ADNA-da əvəzçiliklə elmi pedaqoji fəaliyyətini də davam etdirmişdir.
1999-cu ilin dekabrından başlayarq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsində şöbə rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə AR Vergi Məcəlləsinin ilkin layihəsinin və vergitutma ilə bağlı AR Nazirlər Kabinetinin qərar layihələrinin hazırlanmasında, onun müxtəlif nazirliklərlə razılaşdırılması prosesində, həmçinin iqtisadi sahədə hazırlanan yeni qanunların ilkin layihələrinin hazırlanmasında və onlara rəy verilməsində də iştirak etmişdir.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) saathesabı üzrə, 2005-ci ildən əvəzçiliklə dosent vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2002-ci ilin noyabr ayından başlayarq hazırkı vaxta kimi Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi vəzifəsində işləyir.
2008-ci ildən ADİU-da «Vergi və vergiqoyma» kafedrasının əvəzçiliklə müdiri vəzifəsini icra edir.
1999-cu ildə «İnvestisiya layihələrinin təhlili metodlarının təkmilləşdirilməsi (neft və qaz sənaysi timsalında)» namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.
2009-cu ildə isə «Fiskal tənzimlənməsinin makroiqtisadi problemləri və onların həlli yolları» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
İqtisadiyyatın müxtəlif sahələrinə dair 4 dərslik və dərs vəsaitinin, 2 monoqrafiyanın və 60-dan artıq metodiki iş və elmi məqalənin müəllifidir. Ailəlidir.Üç övladı vardır.