Yaddaşın idarəolunması bloku

Yaddaşın idarəolunması bloku (ing.memory management unit (MMU), ru. блок управления памятью )-virtual yaddaşın fiziki ünvanlara inikasını (fiziki ünvanlarla göstərilməsini) dəstəkləyən qurğu. Bəzi sistemlərdə (məsələn, 68020 tipli prosessorlara əsaslana sistemlərdə) MMU prosessordan ayrıdır, ancaq müasir kompüterlərdə MMU mərkəzi prosessorun mikrosxeminə yerləşdirilir. Bəzi sistemlərdə MMU mikroprosessor və yaddaşın interfeysini təmin edir, belə MMU tipi, adətən, ünvanın multiplekslənməsini, DRAM tipli yaddaş üçün isə həm də regenerasiyanı yerinə yetirir.

Yaddaşın idareolunması bloku
  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.