Yaddaş kartrici

Yaddaş kartrici (ing.memory cartridge, ru. картридж памяти)- verilənlər və proqramları yadda saxlamaq üçün ixtiyari erişimli yaddaş (RAM) mikrosxemdən ibarət olan çıxarılıb-taxılan modul. Yaddaş kartriciləri əsasən daşınabilən kompüterlərdə istifadə edilir, çünki onlar daha kiçikdir və disksürənin dəyişdirilməsi kimi daha sadədir (ancaq masaüstü sistemlərə nisbətən daha bahadır). Yaddaş kartricləri enerjini kartricin içərisində olan təkrar yüklənən batareyadan almaqla, adətən, enerji təchizatı kəsildikdə belə tərkibini itirməyən enerjidən asılı olmayan sxemlərdən ibarət olur, ya da yaddaşın tərkibinin saxlanmasını təmin edən ehtiyat elektrik batareyasına malik olur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.