Yadigar Əliyev (rektor)

Yadigar Vəli oğlu ƏliyevGəncə Dövlət Universitetinin rektoru (2013), filologiya üzrə elmlər doktoru (2013).

Yadigar Əliyev
Yadigar Vəli oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Bakı Dövlət Universitetinin Filologiya fakültəsi

Yadigar Vəli oğlu Əliyev 1969-cu ildə Gəncədə anadan olmuşdur.[1] 1975–1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1993-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994–1996-cı illərdə BDU-da "Türk dilləri" ixtisası üzrə aspirant, 2000–2004-cü illərdə BDU-nun türkologiya kafedrasının doktorantı olmuşdur.

1999-cu ildə "Qədim türk (runik) yazılı abidələrinin dili dialektfövqü (ədəbi) hadisə kimi" mövzusunda namizədlik disertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2013-cü ildə isə "Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dilinə (türkü) keçid dövrü" mövzusunda disertasiya müdafiə edərək filologya üzrə elmlər doktoru adı alıb.

Ailəlidir, iki övladı var.

  • 1996–2001 Gəncə Elm Təhsil mərkəzi

Dillər kafedrasında müəllim, baş müəllim

  • 2001–2005, GDU-nun Azərbaycan dili kafedrasında müəllim
  • 2005–2011, Azərbaycan dili kafedrasının dosenti
  • 2011–2013, filologiya fakültəsinin dekanı
  • 2013, rektor

Apardığı dərslər: Azərbaycan dili tarixi, Azərbaycan dialektologiyası, Əski Azərbaycan yazısı, Türkologiyaya giriş

TƏDQİQAT SAHƏSİ:

Qədim və orta əsrlər türk yazılı abidələri

  • Qədim türk (runik) yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının inkişafı. Bakı, "Nurlan" nəşriyyatı, 2004, 190 səh.
  • Orxon-Yenisey abidələri və orta əsrlər türk ədəbi dili – türki. Bakı: Nurlan, 2005, 173 səh.
  • Qədim türk əlifbası: tarixi, mənşəyi, təşəkkülü. Bakı: ADPU nəşri, 2008, 234 səh.
  • Azərbaycanın qədim türk runik yazılı abidələri. Bakı: ADPU nəşri, 2008, 120 səh.
  • Qədim türk (runik) yazılı abidələrinin dili: dərs vəsaiti. Bakı: "Nurlan", 2004, 182 səh.
  • Ümumi mətnşünaslıq: dərs vəsaiti. Bakı: ADPU nəşri, 2007, 248 səh.
  • "Kitabi-Dədə Qorqud"un dilində mürəkkəb cümlə: metodik vəsait. Bakı: "Nurlan", 2004, 68 səh.
  • "Kitabi-Dədə Qorqud" və bədii mətnin struktursemantik təşkili: metodik vəsait. Bakı: "Nurlan", 2005, 137 səh.
  • "Kitabi-Dədə Qorqud" və bədii mətnin fonoloji strukturu: metodik vəsait. Bakı: ADPU nəşri, 2006, 121 səh.
  • Kontrastiv lesikologiyadan oçerk: metodik vəsait. Bakı, 2006, 41 səh.
  • "Kitabi-Dədə Qorqud" və bədii mətnin leksik-semantik strukturu: metodik vəsait. Bakı: ADPU nəşri, 2007, 100 səh.

Qədim dil: dərslik. Bakı: Elm və təhsil, 2019, 147 səh.

  1. "Gəncə Dövlət Universitetinin Rektoru". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.