Yadranka Stoyanoviç (serb. Јадранка Стојаковић 24 iyul 1950, Sarayevo – 3 may 2016[1], Banya Luka) — Yuqoslaviyalı müğənnisi və bəstəkar. Ən məşhur hitləri: "Sve smo mogli mi", "Što te nema" və "Bistre vode Bosnom teku".
Yadranka Stoyanoviç | |
---|---|
Doğum tarixi | 24 iyul 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 3 may 2016[1] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Yan amiotrofik skleroz |
Təhsili | |
Fəaliyyəti | müğənni-mahnı yazarı |
Fəaliyyət illəri | 1972-ci ildən |
jadranka-jp.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Yadranka Stoyakoviç Sarayevoda məktəb müəllimləri ailəsində anadan olub. Erkən yaşlarını valideynlərinin dərs dediyi Novi Qrad şəhərinin yaxınlığındakı kiçik bir kənddə keçirdi. Tezliklə valideynləri boşanır və Yadranka anası ilə birlikdə Sarayevoya köçür. Daha sonra anası ilə birlikdə ibtidai sinif müəllimi işlədiyi Dubrovnik, Qradas, Vareş şəhərlərinə köçürlər. Sonra onlar Saroyevo yaxınlığındakı müxtəlif kəndlərdə yaşayırlar, burada Stoyakoviç uşaqlığının əhəmiyyətli bir hissəsini keçirir[2]. 16 yaşında Stoyakoviç, əmisi Vukaşin Raduloviçin caz qrupuna qoşulur və həm vətəndə, həm də xaricdə (əsasən Almaniyada) qastrollarda olur. 1981-ci ildə İrlandiyada keçirilən Avrovisiya Mahnı Müsabiqəsində Yuqoslaviyanı təmsil edən İsmet Dervozun Vajta mahnısının vokallarını ifa edir. 1984-cü ildə doğma Sarayevoda keçirilən Qış Olimpiya Oyunlarında rəsmi oyun mahnısını ifa edir. 1988-ci ildən 2011-ci ilə qədər Yaponiyada yaşayır. 2009-cu ildə səhnədə bir qəza baş verir. Konsert zamanı bir kabeldən keçərək yıxılır. Ona yan amiotrofik skleroz, həmçinin motor neyron xəstəliyi diaqnozu qoyulur[3]. Zədədən qısa bir müddət sonra reabilitasiya edilir və Stoyakoviç Bosniyaya qayıdır. Xəstəliyinə baxmayaraq, musiqi yazmağa davam edir. 2011-ci ildə Yaponiyadan qayıtdıqdan sonra Stoyakoviç əvvəlcədən planlaşdırılan bir neçə konsertlə çıxış edir. Banya Lukada yaşayır[4]. Serb Respublikasında musiqi verilişlərinin redaktoru olaraq çalışır[5]. Son illər sağlamlıq durumunun daim pisləşməsi səbəbindən ömrünü Banya-Luka qocalar evində keçirməli olur[6]. 3 may 2016-cı ildə vəfat edir və 9 mayda tarixində Banya-Lukanın ətrafındakı Vrbanda basdırılır.