Yakov Qinkulov

Yakov Qinkulov — moldav pedaqoqu, filoloq, maarifçi.

Yakov Qinkulov
Doğum tarixi 1807
Vəfat tarixi 1870
Vəfat yeri
Vətəndaşlığı
Elm sahəsi dilçilik
İş yerləri
  • Sankt-Peterburq İmperator Universiteti[d]
Mükafatları 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni

1821-ci ildə Kişinyovda dini seminariyanı bitirib. Qarşılıqlı təhsil nəzəriyyəsinin tərəfdarı idi. 1824-cü ildə Kişinyovda birinci lankaster məktəbinin direktoru olub. Bessarabiyada ilk ibtidai məktəblərin yaradılmasında iştirak edib.

1830–65-ci illərdə Sankt-Peterburqda Xarici işlər nazirliyində tərcüməçi işləmiş, eyni zamanda 1839–58-ci illərdə Sankt-Peterburq universitetində valax-moldav dili kafedrasına rəhbərlik etmişdir. "Valax-moldav qrammatikasının qaydaları" (1840), və "Valax-moldav dilini öyrənmək məqsədilə nəsr, mənzum əsər və tərcümələrin toplusu" (1840) kitablarının müəllifidir. Bessarbiyanın təhsil müəssisələrində ana dili 50 ildən artıq bu kitablar vasitəsilə tədris edilmişdir. Moldav-rus mədəni əlaqələrinin möhkəmləndirilməsində mühüm rolu olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]