Yakub Bart-Çişinski (y.sorb Jakub Bart-Ćišinski; 20 avqust 1856[1][2], Kukau[d] – 16 oktyabr 1909[1][2], Panşitz[d]) — Sorb şairi, dramaturq, romançı və katolik keşişi idi.
Yakub Bart-Çişinski | |
---|---|
y.sorb Jakub Bart-Ćišinski | |
Təxəllüsü | Ćišinski |
Doğum tarixi | 20 avqust 1856[1][2] |
Doğum yeri | Panşitz-Kukau, Saksoniya, Almaniya İmperiyası |
Vəfat tarixi | 16 oktyabr 1909[1][2] (53 yaşında) |
Vəfat yeri | Panşitz-Kukau, Saksoniya, Almaniya İmperiyası |
Fəaliyyəti | tərcüməçi, şair, yazıçı, katolik keşişi[d] |
Əsərlərinin dili | Yuxarı Lusatian |
İstiqamət | realist |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Xalq poeziyasının obrazlarını özündə cəmləşdirən “Bəy” poemasında (1876, 1926-cı ildə çap olunub), şeirlərində (“Sonetlər kitabı”, 1884, “Formalar”, 1888-ci il məcmuələri) Lusat ədəbiyyatında realist cərəyanı təsdiqləyir. Bundan əlavə, bir çox sonetlərin, balladaların, lirik şeirlərin müəllifidir. Milli-vətənpərvərlik problematikasını onun “Vətənpərvər və Reneqat” (1878-1879) romanında qaldırmışdır. Onun sənəti vətəninin gözəlliyini tərənnüm edir, vətənpərvərlik hissləri ilə doludur.
Yakub Bart-Çişinski Lusatian dram və teatrının əsasını qoydu (“Qalada faciə”, 1880).
Ədəbi təxəllüsü - Çişinski. O, çex, italyan, polyak və alman ədəbiyyatının əsərlərini yuxarı lusatian dilinə tərcümə etmişdir.