Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq.
Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmçinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir.
Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir.
Yelkənlərin sayı | Uzunluğu, m | Eni, m | Xüsusiyyətləri |
---|---|---|---|
2-yelkənli (ikilik) | 3,55 | 1,25 | Yelkəni yoxdur 3 nəfərlikdir, 2 ballıq dəniz qüçünə hesablanmışdır. |
4-yelkənli (dördlük) | 5,26 | 1,61 | Yelkənli və motorlu qayıq Yüngül yüklərin və insanların daşımasına xidmət edir. 8 nəfərlikdir, 8 ballıq dəniz güçünə hesablanmışdır |
6-yelkənli (altılıq) | 6,1 | 1,9 |
Hazırlanması və materialına görə fərqlənirlər:
YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir. Taxtadan olan qayıqlar 600–650 kq, palsmasdan olan isə 450–500 kq-dır[1].