Yalanqamış yumşaqsüpürgə

Yalanqamış yumşaqsüpürgə – hündürlüyü 50-100 sm olan, möhkəm gövdəli, kökümsovu sürünən bitki.

Yarpaqları xətvaridir, eni 3-8 mmdir, bəzən bir yerə cəmlənmiş, göyümtül-yaşıl rəngdədir, kənarları kələ-kötürdür; dilcik 8 mm uzunluqdadır, küt və ya hissələrə ayrılmışdır.[1]

Süpürgə 10-20 (25) sm uzunluqdadır, sıxılmış, sivri-nahamar budaqlıdır. Sünbüllü pulcuqları neştəvari-bizşəkillidir, uzun-dartılı sivriləşmişdir, qonurtəhər-bənövşəyi rənglidir, yuxarıdakı pulcuqlar aşağıdakından qısadır. Aşağı çiçək pulcuqları uc hissədə bir neçə dişciklədir və onlardan ortada olanı uzunluğu 2 mm-ə qədər olan oxla qurtarır. Sünbülün oxu üzərindəki tükcüklər çiçək pulcuğundan 1,5-2 dəfə uzundur. Çoxillikdir.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

İyun-İyul

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), Abşeron, Qobustan, BQ şərq. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Çay sahilində və rütubətli çəmənlərdə rast gəlinir.

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016