Yalova universiteti — Türkiyənin Yalova ilində təsis edilmiş dövlət universitetidir. 27 mart 2018 tarixində universitetin rektoru Rəcəb Tayyib Ərdoğan tərəfindən professor Suad Cəbəci təyin edilmişdi.[4] Prof. Fəhimə Jülidə Hizal Ucasoy, Prof. Fikrət Yüksəl, Prof. Orxan Torkul rektor köməkçiləri kimi fəaliyyət göstərirlər.[5]
Yalova universiteti | |
---|---|
Yalova Üniversitesi[1] | |
Şüar | İnkişaf edərək yarışırıq! |
Əsası qoyulub | 22 may 2008[2] |
Tip | Dövlət universiteti |
Rektor | Prof.Suad Cəbəci |
Bakalavr sayı | 5202 |
Magistrant sayı | 1261 |
Şəhər | Yalova |
Ölkə | |
Ünvan | Çınarcık Yolu Üzeri, 77200 Merkez/Yalova |
Rənglər | Firuzeyi və Tünd qırmızı |
Sayt | yalova.edu.tr |
Akademik performansa dair universitet sıralaması labaratoriyasının araşdırmalarına əsasən 2019–2020 illəri etibarilə Türkiyədə akademik performans baxımından 12-ci sırada qərarlaşmışdı.
31 may 2008-ci il tarixli 26892 saylı sərəncama əsasən Yalova ilində təsisinə qərar verildi.[6] Uludağ Universiteti, Yalova Peşə Liseyi Yalova Universitetinin təməli hesab olunur. 1995-ci ildə Yalova ilinə aid bir universitetə ehtiyac olduğu üçün 22 yanvar 1996-cı ildə Yalova Ali Təhsil vəqfi, 19 fevral 2007-ci ildə isə Yalova Universiteti "Bərpa və Qorunma" dərnəyi qurulmuşdu. Yalova Universiteti 2008-ci ildə universitet təhsil fəaliyyətinə başladı.[7]