Yalova zəlzələ abidəsi (türk. Yalova Deprem Anıtı) və ya 17 Avqust 1999 zəlzələ abidəsi (türk. 17 Ağustos 1999 Deprem Anıtı) ― Türkiyənin Yalova şəhərində İzmit zəlzələsi qurbanlarının xatirəsini qoyulmuş abidə. Yalovadaki 17 Avqust memorial parkında yerləşən abidə 17 Avqust 2000-ci ildə, zəlzələnin birinci ildönümündə açılmışdır.[1][2][3][4]
1999-cu ilin 17 avqustunda Türkiyənin şimal-qərbindəki Yalova, Kocaeli və İstanbul illərində 7,4 bal gücündə güclü zəlzələ baş verdi və təxminən 18 000 adamın ölümünə səbəb oldu.[2][3][5] Yalovada meydana gələn zəlzələnin ziyanının dərəcəsi rəsmi olaraq 2 508 nəfər ölü[6] və sökülməli olan 13 939 ziyan çəkmiş ev olaraq qeyd edilmişdir. Qeyri-rəsmi hesablamalara görə isə ölənlərin sayı daha çoxdur. Zəlzələ nəticəsində 15 237 yikili orta dərəcədə, daha 12 878 tikili isə nisbətən daha az zərər görmüşdür.[7]
Zəlzələdən dərhal sonra Yalovada təmizlik və bərpa işləri başladı və dağılmış binaların dağıntıları birbaşa sahilindəki Mərmərə dənizinə atıldı.[2] Təmizləmə işləri başa çatdıqdan sonra dənizə əlavə edilmiş quru sahəsi 65 000 kvadrat kilometr ərazini əhatə edirdi.[1]
5 iyun 2000-ci ildə Yalovadakı zəlzələ qurbanlarının xatirəsinə abidə tikilməsi üçün təməlqoyma mərasimi keçirildi. Abidə heykəltaraş Ümit Öztürk tərəfindən dizayn edilmişdi. Artırılmış ərazidə yaradılmış yeni ictimai parkda yerləşən[3] abidənin açılışı 17 Avqust 2000-ci ildə, fəlakətin ildönümündə Baş nazir köməkçisi MəsutdYılmaz və Əmək və Sosial Müdafiə Naziri , Yalova Millət vəkili Yaşar Okuyanın iştirakı ilə baş tutdu.[4] 1 iyun 2000-ci ildə Yalova şəhər bələdiyyəsi tərəfindən əvvəlcə "Yaşar Okuyan parkı" adlandırılan parkın adı nazirin şəxsi istəyi ilə "17 Avqust parkı" olaraq dəyişdirildi.[1]
Kiçik bir süni təpənin ortasında olan abidə, dəhlizin kənarında yığılan və 3 000-ə yaxın zəlzələ qurbanının adını ehtiva edən yığılmış mərmər bloklardan ibarətdir. Hər adın yanında çiçək qoyulması üçün kiçik çuxur var.[4] Abidənin dəhlizinə rəngarəng mozaika fiqurları döşənmişdir. Mozaikalar arasındakı kiçik daş parçaları Yalovadakı uşaqlar tərəfindən hazırlanıb.[1] Dəhlizinin hər iki tərəfində[6] zəlzələdən sonra çəkilmiş fotoşəkilləri nümayiş etdirən iki salon var.[2][5]