Yanğın fırtınası

Alov fırtınası, yanğın fırtınası, alov tornadosu və ya yanğın tornadosu — bir çox yanma mərkəzinin birləşdiyi zaman meydana gələn atmosfer hadisəsidir.

Mexanizmi[redaktə | mənbəni redaktə et]

Alov fırtınasının baş vermə mexanizminin diaqramı

Belə bir yanğın fırtınası, vulkanik püskürmə və ya bir ərazinin bombalanması nəticəsində baş verə bilər. Ayrı-ayrı yanma ocaqları geniş bir mərkəzə birləşdirilir. Üstündəki hava təbəqəsi çox qızır və nəticədə yuxarıya doğru qalxmağa başlayır. Bu proses yanmanın ətrafından gələn soyuq hava kütlələrini özünə çəkir. Beləliklə alovları daha çox yuxarıya qaldırır və nəticədə beş kilometrə qədər yüksəkliklərə çata biləcək sabit mərkəzli cərəyanlar yaradırlar. 500-800 ˚C-ə qədər qızdırılan hava kütləsi qasırğa sürətində fırlanır. Alov tornadosunun mərkəzinin yaxınlığında olan hər şey yanır və ya əriyir.

Baş vermiş nümunələr[redaktə | mənbəni redaktə et]

Yanğın fırtınası

1666-cı ildəki Böyük London Yanğını, 1812-ci ildəki Böyük Moskva Yanğını, 1871-ci ildəki Böyük Çikaqo Yanğını və 1917-ci ildəki Selanik yanğınları zamanı yanğın fırtınası hadisələri qeydə alınmışdır.[1] Bu fenomen həmçinin, 2014-cü ildə Meksikada və 2016-cı ildə ABŞ-də baş vermiş meşə yanğınları zamanı da müşahidə edilmişdir.[2][3]. Bir çox başqa hallar da məlumdur.

Hava bombardmanları 1942-ci ildə Stalinqradda[4], 1943-cü ildə Hamburq və Vuppertalda[5][6], 1945-ci ildə Drezden, Tokyo və Hirosimada yanğın fırtınalarının başlanmasına səbəb olmuşdur.[7][8][9].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Огненный смерч «закрутил» интернет". russian.rt.ru. 2020-11-24 tarixində arxivləşdirilib.
  2. "Огненный "смерч" прошелся по Мексике и движется в сторону США". ria.ru. 2021-03-03 tarixində arxivləşdirilib.
  3. "Появилось видео огненного смерча в Калифорнии". life.ru. 2021-03-04 tarixində arxivləşdirilib.
  4. "Как нацисты создавали миф о Сталинграде". nasledie.pravda.ru. 2022-04-25 tarixində arxivləşdirilib.
  5. "70 лет атомной эры". iz.ru. 2021-02-28 tarixində arxivləşdirilib.
  6. "«Ребенок летит в огонь»: как США и Англия уничтожили Дрезден". gazeta.ru. 2020-03-13 tarixində orijinalından arxivləşdirilib.
  7. "75 лет назад один из красивейших городов мира, Дрезден, разрушила англо-американская авиация". 1tv.ru.
  8. "«Люди погибали от духоты»: как американцы разбомбили Токио". gazeta.ru. 2020-03-12 tarixində arxivləşdirilib.
  9. "70 лет со дня атомной бомбардировки Хиросимы: как японцы пережили трагедию" (rus). Московский комсомолец. 2019-12-24 tarixində arxivləşdirilib.