Yanıqtəpə yaşayış yeri

Yanıqtəpə yaşayış yeriAzərbaycan ərazisində arxeoloji abidə

Urmiya gölünün şərqində, Təbriz şəhərindən 31 km cənub-qərbdə yerləşən Yanıqtəpə abidəsi yaxşı öyrənilmişdir. Bu abidənin təsərrüfat-məişət komplekslərində Kür-Araz mədəniyyətinin əsas əlamətləri aydın şəkildə izlənmişdir.

Yanıqtəpə yaşayış yeri qədim dövrdə ardıcıl olaraq yaranan üç təpədən ibarət olmuş, zaman keçdikcə onlar bir təpə halında birləşmişdir. Onun hündürlüyü 16,5 m, diametri 300 m-dən artıqdır. Yaşayış yerində Neolit, Eneolit və İlk Tunc dövrünə aid təbəqələrə rast gəlinmişdir. Kür-Araz mədəniyyətinə aid təbəqə abidənin ən üst qatında yerləşmişdir. Lakin Eneolit təbəqəsi ilə Kür-Araz təbəqəsinin bir-birinə münasibəti stratiqrafik baxımdan həll edilməmişdir. Belə ki, qazıntı zamanı heç yerdə Kür-Araz təbəqəsinin Eneolit təbəqəsini örtdüyü müəyyənləşdirilməmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • ASE, V cild, Bakı, 1981, səh. 66
  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007