Yan silsilə — Böyük Qafqaz dağlarında Baş Qafqaz silsiləsinə paralel silsilə, Azərbaycanda ən hündür nöqtəsi Şahdağ zirvəsidir (4243 m).
Yan silsilə | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Böyük Qafqaz |
Mütləq hündürlüyü | 5.642 m |
Hündür zirvəsi | Elbrus dağı |
Yerləşməsi | |
43°00′ şm. e. 43°24′ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ayrı-ayrı massivlərdən ibarətdir. Hündürlüyü Bəzi yerlərdə 5000 m.-dən artıqdır. Qafqazın ən yüksək zirvəsi olan Elbrus (5642 m.) buradadır. Azərbaycandakı hissəsi Şahdağdan (4243 m.) başlayaraq şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m.) qurtarır. Cənubda Qaytarqoca, Vorofto və s. silsilələri ilə Baş Qafqaz silsiləsindən ayrılır. Baş Qafqaz silsiləsindən başlayaraq çaylarla (Qusar, Qudyal, Qaraçay, Ataçay və s.) platolara (Şahdag, Qızılqaya, Buduq və s.) bölünmuşdur. Oronim "kənar, yan tərəf, qıraq" mənasındadır.[1]