Yana Matiasovska-Ağayeva

Yana Matiasovska-Ağayeva (7 iyul 1987, Bratislava) — Slovak əsilli Azərbaycan voleybolçusu, Türkiyənin Bələdiyəspor Çanaqqala komandasının şərəfini qoruyur.

Yana Matiasovska-Ağayeva
Şəxsi məlumatlar
Tam adı Yana Matiasovska (Ağayeva)
Doğum tarixi (36 yaş)
Doğum yeri Slovakiya Bratislava Slovakiya
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Voleybolçu məlumatları
Boyu 199 sm
Çəkisi 82 kq
Zərbəsi 319 sm.
Bloku 300 sm.
Mövqeyi Hücumçu
Karyerası
Komandası Türkiyə Çanaqqala
Nömrəsi 7
Milli komanda karyerası
2012 Azərbaycan Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yana voleybola məktəbli olarkən Slovakiya voleybol məktəbində başlayıb. Məktəbdə oxuyanda müəllimlərindən biri voleybol məşqçisi olub. O, həmişə Yanaya gəl voleybol oyna, boyun da yaxşıdır deyirmiş. Əvvəlcə tərəddüd içərisində olub. Bir gün test tapşırığını pis yazan Yana, düşünür ki, gedib voleybolçu olacam. 2000-ci ildən peşəkar olaraq voleybol klublarında çıxış etməyə başlayır. 5 il ərzində ölkəsinin ən güclü klubunda forma geyir. Məktəbi bitirəndən sonra Amerikaya təhsilini davam etdirməyə gedir. Orada bir universitet komandasında oynayır və yenə də oynadıqları çempionatların əksəriyyətində qalib olur. Daha sonra Rusiyaya gəlib ilyarım Uraloçkada oynayır. 2010-cu ildə Azərreylə transfer olunur. Burda Çağırış kubokunu qazanan Yana Azərbaycanda yerli voleybolçu kimi qalmaq təklifini qəbul edir. 2012-2013-cü illərdə o, Cənubi Koreyanın ən güclülərindən sayılan Suwon Hyundai E&C Hillstate klubunda çıxış edir. 2013-cü ildən Bakının "Azəryol" komandasının üzvüdür. 2014-cü ildə Superliqanın gümüş medallarına yiyələndikdən sonra klubu tərk etmişdir. 2014-cü ildə Atom klubuna transfer olunsa da, mövsümün ortasında əsas heyətdə az hallarda yer aldığına görə oranı tərk edib Bələdiyəspoa yollanır.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Boy: 199 sm
  • Çəki: 82 kq
  • Mövqe: Hücumçu
  • Blok yüksəkliyi: 300 sm
  • Hücum yüksəkliyi: 319 sm
  • Nömrə: 10

Oynadığı klublar[redaktə | mənbəni redaktə et]

Tarix Ölkə Klub
2000-2005 Slovakiya Slávia UK Bratislava
2005-2009 ABŞ University of Louisville
2009-2010 Rusiya Uraloçka
2010-2011 Azərbaycan Azərreyl Bakı
2011-2012 Azərbaycan Azəryolservis
2012-2013 Cənubi Koreya Suwon Hyundai E&C Hillstate
2013-2014 Azərbaycan Azəryol Bakı
2014- Polşa Atom Sopot
2015- Türkiyə Bələdiyəspor Çanaqqala

Klubla qazandığı uğurlar[redaktə | mənbəni redaktə et]

  • "Slovakiya çempionu", 2001/2002
  • "Çex-Slovak Kuboku", 2-ci yer 2002/2003
  • "CEV Kuboku" 1/4 final mərhələsi, 2003/2004
  • "İlin ən yaxşı debüt edən voleybolçusu", 2005
  • "Big East Conference", 1-ci yer, 2005/2006 , 2006/2007, 2008/2009
  • "Rusiya Superliqası", 3-cü yer, 2009
  • "CEV Kuboku", 2-ci yer, 2009
  • "Rusiya Superliqası", 4-cü yer, 2009/2010
  • "CEV Kuboku", 4-cü yer, 2009/2010
  • "Azərbaycan Superliqası", 2-ci yer, 2010/2011
  • "Çağırış Kuboku", 1-ci yer, 2010/2011

Meydançadan kənar həyatı[redaktə | mənbəni redaktə et]

  • Sevdiyi yemək: Salmon balığı, dondurma
  • Sevdiyi komanda: Slovakiya Milli Xokkey Yığması
  • Xoşladığı kitab: Xaç atası
  • Musiqi: Black Eyed Peas qrupu
  • Təhsil: İqtisadi təhlil və proqnozlaşdırma
  • Məşğuliyyət: Qiraət, kino və idman oyunları izləmək
  • Sevdiyi filmlər: Unudulmaz titanlar, Xoşbəxt ayaqlar, Bacarırsan yaxala, Matrix və s.
  • Devizi: Özünə güvən və heç vaxt təslim olma!

İstinadlar[redaktə | mənbəni redaktə et]