Yane Sandanski idman mərkəzi

Yane Sandanski idman mərkəzi mak. Спортскиот центар „Јане Сандански“) — Şimali Makedoniya ərazisində çoxfunksiyalı qapalı idman arenası. Müasir bina 2014-cü ildə burada üç onilliklər ərzində mövcud olan sökülmüş bənzər bir quruluşun yerində inşa edilmişdir. Arena inqilabçı Yane Sandanskinin adını daşıyır.

Yane Sandanski idman mərkəzi
Map
Yeri Skopye, Şimali Makedoniya Makedoniya
Tamaşaçı tutumu 2.000
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Yane Sandanski qapalı idman mərkəzi Aerodrom icmasında 1980-ci illərdə meydana gəlir. Paytaxtın həndbol və basketbol idman klublarının ev arenasına çevrilir. Ancaq zaman keçdikcə bina köhnəlir və 18 noyabr 2012 tarixində tamamilə sökülməsinə və onun yerində yeni bir idman obyektinin inşasına qərar verilir. 14 fevral 2013-cü ildə yerli Aerodrom basketbol komandası tribunalarda mindən çox azarkeşi bir araya gətirən son açıq məşqini keçirir və ertəsi gün arena rəsmi olaraq bağlanır. Bundan sonra işçilər binanı sökməyə başlayır.

O dövrdə Şimali Makedoniyada bir neçə idman klubuna sahib olan rusiyalı iş adamı Sergey Samsonenko yeni idman mərkəzinin inşasında əsas investor olmaqla yanaşı, burada dörd ulduzlu Rusiya otelinin inşasında da iştirak edir. Obyekt 2014-cü ilin avqust ayında istismara verilir. Ümumi tikinti büdcəsi 15 milyon avro olan tikili əvvəlcə 6000 tamaşaçı tutumuna malik idi. Lakin 2015-ci ilin sentyabr ayında qərb və şərq tribunalarında əlavə 500 yer təchiz edildi və ümumi tutum 6500 yerə qədər artırıldı. Buraya 40 yerlik oyun meydançası, dörd fan zonası, yeddi VIP otaq daxildir. Hal-hazırda "Yane Sandanski" idman mərkəzi "Vardar" kişi və qadın həndbol klublarının, "Skopye Aerodrom" basketbol klubunun ev arenasıdır. Yarışların keçirildiyi əsas salondan əlavə, mərkəzdə 1000 yerlik tutuma sahib həndbol və basketbol üçün kiçik bir salon da var. Mətbuat konfransları və digər oxşar tədbirlərin keçirilməsi üçün ayrıca konfrans otağı mövcuddur. Buraya beynəlxalq standartlara cavab verən dörd tennis kortu, uşaqlar üçün 300 m²–lik bir idman salonu, peşəkar idman avadanlıqları ilə təchiz edilmiş 500 m²-lik fitness mərkəzi, aerobika, pilates, döyüş sənəti və digər idman növləri üçün 400 m² çoxfunksiyalı məşq salonu daxildir. Mərkəzin binasında idman malları, suvenirlər və həvəsləndirici atributların satışında ixtisaslaşmış Hummel pərakəndə satış mağazası vardır[1][2].

İstinadlar[redaktə | mənbəni redaktə et]