Yapon dilində sayğı şəkilçiləri

Yapon dilində sayğı şəkilçiləri (yap. 日本語の敬称 nihonqo no keysö) — yaponların danışıq zamanı insanın adı, soyadı, peşəsi, təxəllüsü və s. əlavə etdiyi şəkilçilər. Sayğı şəkilçiləri Yaponların ünsiyyətində mühüm rol oynayır. Onlar həmsöhbətlərin arasındaki sosial statusu, biri-birinə olan münasibəti, yaxınlığı bildirir. Hər hansı bir şəkilçini istafadə etməklə insana olan hörməti göstərmək və ya onu təhqir etmək olar.

Şəkilçisiz müraciət Böyuklərin yeniyetmələrə, dostların öz aralarında şəkilçisiz müraciəti normaldır. İnsan bu şəkilçilərdən istifadə etmirsə bu, açıq aşkar kobudluğdur. Şəkilçisiz, amma soyadnan müraciət etmə familyar, amma bir qədər «uzaq» münasibətlərin əlamətidir (məktəblilərin və tələbələrin biri-birinə müraciət etməyi nümünə kimi gətirmək olar).

Ən çox istifadə olunan şəkilçilər

[redaktə | mənbəni redaktə et]

San (san?)-san (さん) — daha çox kiçiklərin yaşca böyuk olanlara və biri-birini tanimayanların arasında istifadə olunan neytral sayğı şəkilçisi. Həmçinin, cavan oğlanların sevdikləri qadınlara olan müraciətdir. Lakin qadınlar bu şəkilçini uşaqlardan başqa yaxın olan hər kəsə qarşı istifadə edirlər[1], bu halda «-san» «Siz» mənasını daşımır.

Kun (kun?)-san (君, sən) — «-san»la müqayisədə daha mülayim, «dost», «yoldaş» mənasında olan şəkilçi. Eyni sosial statuslu insanların, dostların, həmkarların, sinif yoldaşlarıın, böyüklərin kiçiklərə və başçıların onlara tabe olunanlar arasında müraciəti vurğulamaq önəmli olmadığı halda istifadə olunur.

Çan (çan?)-çan (ちゃん) — yaxın və qeyri-rəsmi münasibətləri bildirir. Əsasən balaca uşaqlar, yaxın rəfiqələr, böyuklərin balaca uşaqlara və cavan oğlanların sevgililərinə qarşı istifadə olunur. Həmçinin, nənə və baba sözlərinə əlavə olunduqda «nənəcan» və «babacan» mənasını verirlər.

Sama (sama?)-sama (様) — maksimal dərəcədə hormət və sayğı bildirən, «hökmdarım» mənasını bildirən şəkilçi. Məktub yazdığda həmsöhbətin ranqından asılı olmayaraq həmişə istifadə olunur. Danışıqda nadir hallarda istifadə olunur və yalnız rahiblərin Tanrıya, sadiq nökərin hökmdarına, ən aşağı sosial təbəqədən olanların ən yüksəkdəkilərə və rəsmi məktublarda işlənilir.

Müasir dövrdə hərdən sarkazm kimi stifadə olunur.

-sempay və -kohay

[redaktə | mənbəni redaktə et]

Sempay (sempay?)-sempay (先輩, hərfi «daha tez başlayan həmkar») — kiçiyin böyüyə mwraciəti. Daha çox təhsil müəssisələrində kiçik kurslular tərəfindən yüksək kurslulara qarşı istifadə olunur. Adətən «sempay» «kohaya» onun soyadına şəkilçi əlavə etmədən müraciət edir.

Kohay (kohay?)-kohay (後輩, ko:hay?, hərfi «daha gec başlayan həmkar») — «sempay»ın əksi.

Sensey (sensey?)- sensey (先生|先生, hərfi «daha erkən varlıq») — müəllimlərə, həkimlərə, alimlərə, yazıçılara, siyasətçilərə və sair məşhur və hörmətli şəxslərə qarşı istifadə olunur. Daha çox insanın sosial statusunu vurğulayır.

  1. "Arxivlənmiş surət" (PDF). 2016-10-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-09-17.