Yaqub Mehdiyev

Yaqub Mehdiyev Ağa oğlu

Mehdiyev Yaqub Ağa oğlu (26 mart 194829 mart 2013) — monumentalçı rəssam.

Yaqub Mehdiyev
Yaqub Ağa oğlu Mehdiyev
Ağa Mehdiyev və Yaqub Mehdiyev
Ağa Mehdiyev və Yaqub Mehdiyev
Doğum tarixi 26 mart 1948(1948-03-26)
Doğum yeri
Vəfat tarixi 29 mart 2013(2013-03-29) (65 yaşında)
Uşağı

Könül Əzimova Yaqub qızı

Fərəh Mehdiyeva-Taran Yaqub qızı
Atası Ağa Mehdiyev
Fəaliyyəti rəssam

Yaqub Mehdiyev 1948-ci il 26 martda Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmiş, elə həmin il Moskva Ali Rəssamlıq Akademiyasının Monumental Dekorativ Rəngkarlıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə Moskva Ali Rəssamlıq Akademiyasını bitirmişdir. 1975-ci ilədək Moskva Bədii Fondunda monumentalçı-rəssam vəzifəsində çalışmışdır.

Y. Mehdiyevin yaradıcılıq stajı 1966-cı ildən başlamışdır. 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda və xaricdə nümayiş olunan sərgilərdə fəal iştirak etmişdir. Onun mozaika və rəngkarlıq əsərləri İtaliya, Fransa, İngiltərə, İsrail, İspaniya, İsveç, Avstriya, Kanada, Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Estoniya, Türkiyə, ABŞ, İran, Misir, BƏƏ, Yaponiya və digər dünya ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarında qorunur. 1991-ci ildə rəssamın "Sevgililər" adlı mozaik əsəri Turqut Özalın ailəsinə hədiyyə edilmişdir.

Yaqub Mehdiyev Rusiya, Ukrayna, Litvada yaradıcılıq simpoziumlarının iştirakçısıdır. 1993-1998 -ci illərdə Ali Tətbiqi Elmlər Kollecində, 1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmiş, 2000-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışmışdır. 4 elmi metodik vəsaitin müəllifidir. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun 1996-cı il Elmi Toplusunda həmin institutun professoru, beynəlxalq dəyərli sənətşünas N.R. Cavanşirin "Yaqub Mehdiyev monumentalçı rəssamdır" adlı elmi tədqiqat əsəri dərc olunmuşdur.

Yaqub Mehdiyevin tabloları sərgilərdə tamaşaçıların, monumental əsərləri isə şəhər sakinləri və qonaqların zövqünü oxşayır.

Yaqub Ağa oğlu Mehdiyev 2013-cü il 29 martda dünyasını dəyişmişdir.

  1. Bakı. M.F. Axundov adına Azərbaycan Pedoqoji İnstitutu (indiki Bakı Slavyan Universiteti). "Bərəkətli süfrə". interyer.50 m². mozaika-smalta. 1976
  2. Soçi. Sanatoriya kompleksi. İnteryer. "Flora-fauna". 200 m². Relyef-mozaika. Smalta-beton. 1978
  3. Soçi. "Əmək". 400 m². Mozaika-smalta. 1978
  4. Bakı. Azərbaycan SSR Səhiyyə Nazirliyinin Respublika Sanitariya Maarifi Evi. İnteryer. "Təbabət elmi". 90 m² . divar boyakarlığı. 1978
  5. Maştağa. "Məhsul bayramı". 250 m². mozaika-relyef. 1979
  6. Xırdalan. Ticarət Mərkəzi. Eksteryer. "Azərbaycan diyarının zənginliyi". 80 m². Relyef-mozaika. Smalta-beton. 1980
  7. Şamaxı."Təbiət". 200 m². mozaika-relyef. 1980
  8. Astara. 150 m². "Məhsul bayramı". mozaika-smalta. 1981
  9. Bakı. I mikrorayon uşaq meydançası. "Xoşbəxt uşaqlıq". 75 m². Relyef-mozaika. Smalta-beton. 1981
  10. Naxçıvan. "Araz" mehmanxanası. Eksteryer. "Qonaqpərvərlik". 80 m². Relyef-mozaika. Smalta-beton. 1983
  11. Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Eksteryer. "Vulkan". 580 m². Relyef-mozaika. Smalta-beton. 1984
  12. Bakı. Azneft meydanı. Eksteryer. "Xalq və partiya birliyi". 300 m². Relyef-mozaika. Smalta-beton. 1986
  13. Sumqayıt. "Qarabağ" teatrı. Eksteryer. "Teatr dünyası". 90 m². Relyef-mozaika. Smalta-beton. 1988
  14. Bakı. Nəqliyyat Nazirliyi. Eksteryer. "Yol-nəqliyyat-sürət". 90 m². Relyef-mozaika. Smalta-beton. 1989
  15. "20 Yanvar" şəhidlərinə həsr olunmuş açıq müsabigənin diplomu. (deviz 504224). 1991
  16. Bakı. Musiqili Komediya Teatrının sujetli xalça pərdəsi. "Azərbaycan ulduzları". Xali-pərdə. İpək-yun. 1995
  17. Sumqayıt Şəhidlər Xiyabanı Kompleksi. "Ulduzlar" monumenti. dəmir-beton. 2000

http://ecia-academy.org/pdf/2022%20Vol%2022%20N%201%20(I%20part).pdf Könül Yaqub qızı Əzimova "Monumentalçı rəssam Yaqub Mehdiyevin rənglər dünyası".Səh.216-228