Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yaqub Ziyəddin oğlu Qurbanov — Azərbaycan Respublikasının baş terapevti, Azərbaycan Tibb Universitetinin "Terapevtik və pediatrik propedevtika" kafedrasının professoru, kardioloq.
Yaqub Qurbanov | |
---|---|
Yaqub Ziyəddin oğlu Qurbanov | |
Vəfat tarixi | 13 sentyabr 2024 |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Mükafatları | Respublikanın "Əməkdar həkimi" (2010) |
Yaqub Qurbanov 1970-ci ildə ATU-nun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildən Elmi Şuranın qərarı ilə professor T. Ə. Əliyevin rəhbərlik etdiyi "Fakültə terapiyası" kafedrasına kliniki ordinator vəzifəsinə təyin edilmişdir. 1973-cü ildən isə "I Daxili xəstəliklərin propedevtikası" kafedrasına müsabiqə ilə assistent secilmiş, sonradan dosent, professor, 1992-ci il tarixdən 11. VII.2013-cü il tarixə kimi "I Daxili xəstəliklərin propedevtikası" kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 24 iyun 2013-cü il tarixli 10 saylı qərarına əsasən "I Daxili xəstəliklərin propedevtikası", "II Daxili xəstəliklərin propedevtikası" və "Uşaq xəstəliklərinin propedevtikası" kafedraları birləşdirilərək onların bazasında "Terapevtik və pediatrik propedevtika" kafedrası yaradılmış və müsabiqə yolu ilə 8. X.2013-cü il tarixdən kafedrada professor vəzifəsinə seçilmişdir.
1983-cü ildə "Ürəyin işemik xəstəliyinin (ÜİX) inkişafı və onun gedişində litium mikroelementinin rolu" mövzusunda namizədlik dissertasiyası, 1995-ci ildə isə "Ürəyin limfadrenajının tənzimlənməsi və onun ÜİX-nin patogenezi və müalicəsindəki əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2010-cu ildə Respublikanın "Əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.
Rəhbərliyi altında 2 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru adı almış və hal-hazırda 5 nəfər fəlsəfə elmləri doktoru, 1 nəfər isə doktorluq dissertasiyası üzərində çalışır.
214 elmi işin, o cümlədən 9 ədədi dərs vəsaiti və dərslik, 13 metodik tövsiyənin müəllifidir.
Prof. Y. Z. Qurbanovun həkimlərin kliniki müayinələri yüksək səviyyədə aparılmasına, eləcə də diaqnostikanın və həkimlərdə kliniki təfəkkürün inkişafına və s. kimi mövzulara həsr olunmuş əsərləri xüsusi yer tutur. Onlardan son dövrlərdə "Daxili xəstəliklərin propedevtikası"na aid dərc edilmiş fundamental dərsliklər daha böyük əhəmiyyət kəsb edir. "Klinik təbabətin öyrənilməsində propedevtikanın rolu" (2007-ci ildə); "Daxili xəstəliklərin propedevtikası- Ürək-damar sistemi" (2009-cu ildə); "Daxili xəstəliklərin propedevtikası — Tənəffüs sistemi" (2009-cu ildə); "Daxili xəstəliklərin propedevtikası — Həzm və sidikçıxarıcı sistemlər" (2010-cu ildə); nəhayət 2012-ci ildə "Daxili xəstəliklərin diaqnostikasında instrumental və laborator müayinə üsulları" adlı 2 cilddən ibarət kitab cap edilmişdir. Bundan əlavə prof. Y. Z. Qurbanovun xəstənin kliniki müayinəsinin aparılmasını dolğun, səmərəli etmək və "xəstəlik tarixi"nin daha düzgün tərtib olunmasına həsr edilmiş "Klinika — həkimliyin ali məktəbidir", həmçinin diaqnostik prosesi asanlaşdırmaq və konkretləşdirmək məqsədilə çap olunmuş "Daxili xəstəliklərin klinikasinda tətbiq edilən laborator müayinə üsulları" adlı kitabları özünəməxsus əhəmiyyət kəsb edir. 1992-ci ildən professor Y. Z. Qurbanovun rəhbərliyi altında kafedrada müasir kardiologiyanın ən aktual problemlərindən biri olan ÜIX-nin patogenezi və müalicəsi, şəkərli diabet və onun ağırlaşmaları tədqiq edilir, bu sahədə araşdırmalar davam etdirilir. Bununla yanaşı hazırda kafedrada "Metabolik sindrom — diaqnostik kriteriləri, bu zaman rast gəlinən bir sıra mübadilə pozğunluqları və metabolik sindrom zamanı ÜİX-nin patogenezinin, kliniki gediş xüsusiyyətlərinin, rastgəlmə tezliyinin və müalicə prinsiplərinin öyrənilməsi" adlı elmi- tədqiqat işləri uğurla davam etdirilir.
2024-cü ilin 13 sentyabr tarixində vəfat edib.[1]